İDMAN


Formula 1: “Haas” komandası bolidinin yeni rəng çalarlarını təqdim edib

Bakı, 4 mart, AZƏRTAC

Formula 1 üzrə dünya çempionatının iştirakçılarından olan “Haas” komandası bolidinin yeni rəng çalarlarını təqdim edib.

AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, ənənəvi rəng çalarından imtina edən komandanın “Uralkali” ilə olan yeni tərəfdaşlığına görə bolidin çalarları Rusiya bayrağını xatırladır. Komanda keçənilkinə bənzər bolid hazırlayıb ki, bunun da əsas səbəbi klubun öz resurslarını gələn ilə saxlamasıdır.

Qeyd edək ki, “Uralkali” şirkəti “Haas” komandasının sürücüsü Nikita Mazepinin atası Dmitri Mazepinə aiddir. O, dünyanın ən böyük kalium istehsalçısıdır.

Xatırladaq ki, “Haas” komandası keçən il mövsümü 9-cu yerdə başa vurub.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.