İDMAN
Formula 1: İmola Şanxayı əvəz etməyəcək
Bakı, 25 fevral, AZƏRTAC
Bir müddət əvvəl Beynəlxalq Avtomobil Federasiyası (FIA) və Formula 1 Şanxayda aprelin 17-dən 19-dək keçirilməsi planlaşdırılan Formula 1 yarışlarının koronavirusun yayılması səbəbindən təxirə salınması ilə bağlı birgə qərar qəbul etmişdilər. San-Marino Qran-Prisinin təşkilatçıları vəziyyətdən çıxış yolu kimi, Şanxay yarışını əvəzləmək üçün FIA-ya məktub göndəriblər.
AZƏRTAC xəbər verir ki, ancaq təşkilatçıların istəkləri müsbət cavablandırılmayıb. Çünki Çin Qran-Prisinin yerinə apreldə İmolada yarış keçirilsə, onda Uzaq Şərq ölkəsindəki mərhələ ləğv edilməlidir. Buna səbəb isə Formula 1 rəhbərliyinin yeni mövsümdə 23 Qran-Pri keçirmək istəməməsidir.
Hazırda Çin Qran-Prisinin noyabr ayında təşkili planı nəzərdən keçirilir.
Mövsümün yekun yarışı Əbu-Dabi Qran-Prisindən bir həftə əvvəl Çindəki yarışın təşkilinə şərait yaradıcılığı istisna olunmur.