İDMAN


Formula 1: İmolada yalnız bir məşq yürüşü keçiriləcək

Bakı, 4 avqust, AZƏRTAC

Formula 1 üzrə dünya çempionatının təşkilatçıları yürüş həftəsonlarının cədvəlini dərc ediblər.

AZƏRTAC xəbər verir ki, cədvələ görə, İmolada yalnız bir məşq yürüşünün keçirilməsi nəzərdə tutulub. Bundan əvvəl isə İmoladakı həftəsonunun cəmi 2 gün davam edəcəyi bildirilib. Komandalara cəmi 2 günün verilməsinin səbəbi isə logistika ilə əlaqədardır. Portimaodakı yarış cəmi bir həftə əvvəl baş tutacaq və oradan İmolaya 2 min 500 kilometr məsafə var. İtaliyaya getmək və boksları hazırlamaq üçün vaxt tələb olunur. Buna görə həftə sonu yalnız şənbə günü başlayacaq. Həmin gün bir saat yarımlıq yürüş yerli vaxtla saat 10:00-dan 11:30-dək keçiriləcək.

Noyabrın 1-nə planlaşdırılan yarış bazar günü yerli vaxtla 13:10-da başlayacaq.

Tras sonuncu dəfə 2006-cı ildə Formula 1 yarışlarına ev sahibliyi edib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.