İDMAN


Formula 1: Maks Ferstappen cari mövsümdə ilk qələbəsini qazanıb

Bakı, 18 aprel, AZƏRTAC

Aprelin 18-də Formula 1 Emiliya-Romanya Qran-Prisinin qalibi müəyyənləşib.

AZƏRTAC xəbər verir ki, İtaliyada təşkil olunan mövsümün ikinci yarışında “Red Bull”un pilotu Maks Ferstappen birinci olub. İlk üçlüyü “Mercedes”in pilotu Luis Hamilton və “McLaren”in üzvü Lando Norris tamamlayıb.

M.Ferstappen cari mövsüm ilk, karyerasında isə 11-ci qələbəsini qazanıb.

Pilotların siyahısına 44 xalla L.Hamilton başçılıq edir. M.Ferstappen 43 xalla ikinci, L.Norris isə 27 xalla üçüncü pillədə yer alıb.

Növbəti yarış mayın 2-də Portuqaliyada təşkil olunacaq.

Qeyd edək ki, Formula 1 Azərbaycan Qran-Prisi iyunun 6-da Bakı şəhər halqasında keçiriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.