Formula 1: “McLaren” 2072 gündən sonra podiumu qazana bilib
AzerTAg.az
Bakı, 19 noyabr, AZƏRTAC
Formula 1 Braziliya Qran-Prisində Karlos Saynsın podiuma qalxması Britaniyanın “McLaren” komandası üçün son 2972 gün müddətində ilk uğur olub.
AZƏRTAC xəbər verir ki, “McLaren” komandasının pilotları son dəfə podiuma 2014-cü ildə - Avstraliya Qran-Prisində qalxa biliblər. Son bir ildə motor təchizatçısı qismində çıxış edən “Mercedes” komandası ilə əməkdaşlıq şəraitində artıq mövsümün ilk yürüşündə “McLaren” birdən-birə ikili podium qazanıb: Censon Batton finişə üçüncü, Kevin Maqnussen isə ikinci çata biliblər.
Xatırladaq ki, Karlos Sayns üçüncü yeri altıqat dünya çempionu Luis Hemiltonun cərimələnməsi hesabına qazana bilib. Britaniyalı pilot finiş xəttinə üçüncü çatsa da, “Red Bull” pilotu Aleksander Albon ilə qəzaya səbəb olması ucbatından cəzalandırılıb.
Bu podium Karlos Saynsın karyerası ərzində ilk uğur olub.

Xəbərin mətnində orfoqrafik səhv var