İDMAN


Formula 1: Melburnda pilotların avtoqraf sessiyaları ləğv edilib

Bakı, 11 mart, AZƏRTAC 

Avstraliya Qran-Prisinin təşkilatçıları uik-end günlərində Formula 1 pilotlarının avtoqraf sessiyasını və dəstək yürüşlərini ləğv ediblər.

AZƏRTAC xəbər verir ki, pilotlar avtoqraflar paylamaq əvəzinə səhnədən azarkeşlərin suallarını cavablandıracaqlar. Melburnda bu addımı koronavirusa yoluxma riskinin azaldılması arzusu ilə atıblar.

“Avstraliya Qran-Prisinin təşkilatçıları hazırkı şəraitdə pilotların azarkeşlərlə ünsiyyət formatını dəyişmək məcburiyyətindədirlər. Avtoqraf sessiyaları müsahibələrlə əvəz ediləcək.

Yürüşçülər azarkeşlərlə yaxın əlaqədə olmayacaq, selfi çəkdirməyəcək və avtoqraf paylamayacaqlar. Bizi düzgün anladıqlarına və əməkdaşlığa görə tamaşaçılara təşəkkürümüzü bildiririk”, – deyə dərc edilən bəyanatda bildirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.