İDMAN


Formula 1 Monako Qran-Prisi gündə 7 min 500-dək tamaşaçı qəbul edəcək

Bakı, 4 may, AZƏRTAC

Formula 1 Monako Qran-Prisinin keçirildiyi günlərdə xarici azarkeşlər də daxil olmaqla, tribunalara məhdud sayda tamaşaçının buraxılması barədə qərar qəbul olunub.

AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, məhdudiyyətlərin tədricən azaldığı yarış günlərində tribunalara gündə 7 min 500 tamaşaçıdan çox olmamaq şərtilə azarkeşlər buraxılacaq. Bu da tribuna tutumunun 40 faizini təşkil edir.

Monako sakinləri istisna olmaqla, hər kəs tribunalara girmək üçün ən tez 72 saat əvvəl keçdiyi COVID-19-un mənfi testini təqdim etməlidir. Formula 1 Monako Qran-Prisi mayın 20-23-də keçiriləcək.

Qeyd edək ki, Formula 1 Azərbaycan Qran-Prisi iyunun 4-6-da Bakı şəhər halqasında baş tutacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.