İDMAN


Formula 1 Niderland Qran-Prisinin bütün biletləri satılıb

Bakı, 18 may, AZƏRTAC

Formula 1 Niderland Qran-Prisinin təşkilatçıları yarışa bütün biletlərin satıldığını açıqlayıb.

AZƏRTAC xəbər verir ki, ötən il Zandfortda keçirilən yarış pandemiya səbəbindən və tətbiq olunan məhdudiyyətlərə görə azarkeşlərlə tam dolmamışdı. Həmin vaxt yerli hökumət tribunaların 67 faizinə tamaşaçıların buraxılmasına icazə vermişdi.

Cari mövsüm Niderland Qran-Prisi sentyabrın 4-də təşkil olunacaq.

Qeyd edək ki, mövsümün səkkizinci yarışı olan Azərbaycan Qran-Prisi iyunun 12-də Bakı şəhər halqasında keçiriləcək.

 

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.