İDMAN


Formula 1: Portimaodakı tamaşaçı sayı 27 minə endirilib

Bakı, 21 oktyabr, AZƏRTAC

Soçidə keçirilən Formula 1 Rusiya Qran-Prisi cari mövsümün ən çox tamaşaçıya malik mərhələsi olaraq qalacaq.

AZƏRTAC xəbər verir ki, Portuqaliya hökuməti Algarve avtodromunda keçiriləcək Formula 1 yarışlarında icazə verilən tamaşaçı sayını 27 min nəfərə endirib.

Qeyd edək ki, əvvəlcə Portuqaliya 50 min azarkeşi qəbul etməyə qərar versə də, ikinci dəfə tamaşaçı sayının 36 min nəfər olacağını açıqlamışdı. Artıq üçüncü dəfə qəbul edilən qərara əsasən, azarkeşlərin sayının 27 min nəfər olacağı bildirilib. Amma təşkilatçıların artıq biletlərin sahibləri ilə necə davranacağı, tribunaya kimin girə biləcəyini necə müəyyənləşdirməsi barədə heç bir məlumat verilməyib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.