İDMAN


Formula-1: Sebastyan Fettel Bakı “uik-endinin” uğurlu olacağına ümid bəsləyir

Bakı, 16 iyun, AZƏRTAC

Beynəlxalq Avtomobil Federasiyasının (FIA) mətbuat konfransında almaniyalı avtomobil yürüşçüsü, Formula-1 seriyasında dördqat dünya çempionu Sebastyan Fetteldən zarafatla soruşublar: “Monrealda olduğu kimi, Bakıda da qağayıların ona mane olmasından ehtiyat edirmi? Axı yeni tras da sahildə yerləşir”.

Dünya çempionu deyib: “Ümumiyyətlə desək, Xəzər dənizi formal olaraq göldür! Oxumuşam ki, o, dünyanın ən böyük gölüdür. Odur ki, dəniz qağayılarından ehtiyat etməyə dəyməz. Amma işdir, başqa quşlar olsa, ümid edirəm ki, onlar trasda düz maşının qabağında oturmayacaq”.

Çempionatın əvvəlki mərhələsinin yekunlarından söz açan S.Fettel deyib: “Kanadada bizə təqdim etdiyimiz texniki yeniliklər kömək etdi. Onların hamısı səmərəli oldu, o cümlədən modernləşdirilmiş turbin haqqında çox danışıldı. Əsas məsələ budur ki, həmin “uik-end” yağ kimi keçdi. Axı çempionatın əvvəlki bir neçə mərhələsində müxtəlif çətinliklərlə üzləşmişdik, xüsusən təsnifatda maşının real sürətini nümayiş etdirməyə müvəffəq ola bilmirdik.

Amma Monrealda şənbə günü qətiyyətlə işlədik, təsnifatın nəticəsi avtomobilin imkanlarına uyğun idi. Gördüyünüz kimi, bazar gününün yürüşləri də problemsiz ötüşdü, biz hamımız Lüis Hemiltonu çox fəal şəkildə pressinq vəziyyətində saxladıq.

Şənbə günü (18 iyun – AZƏRTAC) işlərimiz normal getsə, bazar günü burada, Bakıda da müvəffəqiyyətlə çıxış edəcəyimizə ümid bəsləyirik. Buna calışacağıq. Tamamilə yeni trasdır, çox maraqlı görünür, odur ki, tezliklə işə başlamaq istəyirsən”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.