İDMAN


Formula 1 Türkiyə Qran-Prisi Kanada mərhələsini əvəz edəcək

Bakı, 29 aprel, AZƏRTAC

Türkiyə Qran-Prisi Formula 1 üzrə dünya çempionatının bu mövsümdəki təqvimində Kanada mərhələsini əvəz edəcək.

AZƏRTAC xəbər verir ki, bu barədə Formula 1-in mətbuat xidməti məlumat yayıb.

Türkiyə Qran-Prisi 2005-2011-ci illərdə davamlı olaraq keçirilsə də, daha sonra təqvimdən çıxarılıb. Keçən il bir sıra ölkələrin koronavirus səbəbindən yarışı keçirməkdən imtina etməsindən sonra Türkiyədəki mərhələ təqvimə daxil edilib.

Bu mövsümün təqvimində 23 yarış var. Qarşıdakı mərhələ aprelin 30-dan mayın 2-dək Portuqaliyada baş tutacaq. Formula 1 Azərbaycan Qran-Prisi iyunun 4-6-da Bakı şəhər halqasında təşkil olunacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.