İDMAN
Formula 1 Vyetnam Qran-Prisi: Koronavirus epidemiyası mərhələnin keçirilməsinə təsir etməməlidir
Bakı, 4 fevral, AZƏRTAC
Formula 1 çempionatının Vyetnam Qran-Prisinin təşkilatçıları koronavirusun baş qaldırmasının mərhələnin keçirilməsinə təsir edə biləcəyi ilə bağlı ölkədə epidemioloji vəziyyəti izləməkdə davam edirlər.
AZƏRTAC xəbər verir ki, “RaceFans” portalı Vyetnam Qran-Prisi nümayəndəsinin sözlərindən sitat gətirir: “Biz hadisələrin gedişatını diqqətlə izləməkdə davam edirik. Hazırda biz vəziyyətin aprel ayında yürüşləri keçirməyimizə mane olacağını gözləmirik”.
Bundan əvvəl Çində Formula E mərhələsinin qeyri-müəyyən tarixə keçirilməsi barədə xəbər yayılmışdı. Çində, həmçinin keçiriləcək Formula 1 yürüşləri də təhlükə altındadır.
Xatırladaq ki, koronavirusun daha əvvəl rast gəlinməyən növü ilk dəfə dekabrın 31-i aşkarlanıb. Bu günədək 20 minə yaxın insan yeni 2019-nCoV virusuna yoluxub. Xəstəlik 426 nəfərin həyatına son qoyub.
Uxan şəhəri hazırda çıxış üçün bağlıdır, qonşu şəhərlərdə də məhdudiyyətlər davam edir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.04.2024 [14:51]
NBA-da müntəzəm mövsümün ən yaxşı oyunçusu bəlli olub
- 24.04.2024 [14:14]
Azərbaycan avarçəkənləri lisenziya turnirində iştirak edəcəklər
- 24.04.2024 [13:54]
Azərbaycan tennisçisi beynəlxalq yarışda medal qazanıb
- 24.04.2024 [12:54]
“Azərreyl”in voleybolçusu: Fantastik mövsüm və gözəl sonluq oldu
- 24.04.2024 [12:30]
“Neftçi”nin iki futbolçusu “Qarabağ”la matçı buraxacaq
- 24.04.2024 [12:20]
Samir Abasov: “El-Klasiko”nu analiz etmək mənə düşməz
- 24.04.2024 [11:33]