İDMAN


Formula 1 Vyetnam Qran-Prisi ləğv oluna bilər

Bakı, 26 fevral, AZƏRTAC

Aprelin 3-5-də Vyetnamda keçiriləcək Formula 1 Qran-Prisi koronavirus epidemiyası səbəbindən ləğv oluna bilər.

AZƏRTAC xəbər verir ki, Vyetnam rəhbərliyi virusla mübarizəyə görə ölkənin sərhədlərini bağlayıb.

Koronavirusa yoluxma təhlükəsi olan ölkələrin vətəndaşları üçün karantin iki həftə müddətinə təyin olunub. Bu yalnız azarkeşlər üçün deyil, həm də bir çox Formula 1 komandaları üçün vəziyyəti çətinləşdirə bilər.

Qeyd edək ki, Vyetnam hakimiyyəti böyük idman tədbirlərini ləğv etməyə başlayıb. Belə ki, “Tokio 2020” Yay Olimpiya Oyunlarına vəsiqə qazandıran beynəlxalq badminton turniri artıq ləğv edilib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.