İDMAN
Formula 1 Yaponiya Qran-Prisinin start düzülüşü ikinci praktikanın nəticələrinə görə tərtib edilə bilər
Bakı, 11 oktyabr, AZƏRTAC
Formula 1 Yaponiya Qran-Prisinin stüardları rəsmi bəyanat verərək, bazar gününün səhərinə keçirilmiş təsnifat havanın əlverişsiz olmasına görə keçirilməsə, necə hərəkət edəcəklərini açıqlayıblar.
AZƏRTAC xəbər verir ki, təsnifatı vaxtında başlamaq mümkün olmasa və yürüşün startına çox az vaxt qalsa, onda start düzülüşü Yaponiya Qran-Prisinin ikinci məşqinin nəticələri əsasında tərtib ediləcək. Start düzülüşündə hər hansı pilotun yer itirmək şəklində cəriməsi olsa, onda bu cərimə tətbiq ediləcək.
Bazar günü yürüşün startı yerli vaxtla 14:10-a, yəni günün batmasına üç saat qalmış nəzərdə tutulub. Odur ki, təşkilatçıların təsnifatı nəyin bahasına olursa-olsun keçirmək üçün startın vaxtını dəyişdirmək imkanı olmayacaq.