İDMAN


Formula 1 Yaponiya Qran-Prisinin təsnifatı bazar gününə keçirilib

Bakı, 11 oktyabr, AZƏRTAC 

Formula 1 Yaponiya Qran-Prisinin təsnifatı “Xaqibis” qasırğası yaxınlaşdığına görə bazar gününə keçirilib.

AZƏRTAC xəbər verir ki, təsnifat yerli vaxtla 10:00-da, yürüş 14:10-da başlayacaq. Üçüncü məşq ləğv edilib.

Sinoptiklər bildirirlər ki, “Xaqibis” 2019-cu ilin ən iri qasırğası ola bilər. Proqnozlara görə, oktyabrın 13-də küləyin sürətinin pik göstəriciləri saatda 160 kilometrə çata bilər.

Yaponiya Qran-Prisinin təsnifatı 2004-cü və 2010-cu illərdə də qasırğaya görə bazar gününün səhər saatlarına keçirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.