İDMAN


Formula 1 azarkeşləri bu gündən yarış məkanına daxil ola biləcəklər

Bakı, 25 aprel, AZƏRTAC

Bu gün Formula 1 SOCAR Azərbaycan Qran-Prisinin azarkeşləri yarış məkanına daxil ola biləcəklər.

AZƏRTAC xəbər verir ki, saat 12:00-da azarkeş zonalarının qapıları açılacaq, 14:00-da isə 4 günlük bilet sahiblərinin Pit Leyn gəzintisi təşkil olunacaq.

Aprelin 26-da isə Formula 1 və Formula 2 komandalarının sərbəst yürüşləri və Formula 2 komandalarının sıralama turu keçiriləcək.

Sabah, həmçinin Maks Ferstappen, Pyer Qasli ("Red Bull"), Sebastyan Fettel, Şarl Lekler ("Ferrari"), Daniel Rikkardo və Niko Hülkenberqin ("Renault") azarkeşlər üçün avtoqraf sessiyaları olacaq.

Qeyd edək ki, Formula 1 SOCAR Azərbaycan-Qran-Prisi aprelin 26-28-də keçiriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.