İDMAN


Formula 1-in 2021-ci il reqlamentinin layihəsi martın 26-da açıqlanacaq

Bakı, 15 mart, AZƏRTAC

Martın 26-da Beynəlxalq Avtomobil Federasiyası (FIA) və FOM Formula 1 yarışlarının 2021-ci il reqlamentinin layihəsini açıqlayacaq.

AZƏRTAC xəbər verir ki, bu bəyanat FIA prezidenti Jan Todt və Formula 1-in icraçı direktoru Çeyz Kerinin keçirdikləri mətbuat konfransında səslənib. Bildirilib ki, layihənin təqdimatı Formula 1 üzrə Strateji Qrupun və Komissiyanın iclası çərçivəsində keçiriləcək.

Jan Todtun “RaceFans” saytında yer almış müsahibəsində deyilir: Həmin vaxtadək biz qaydaların tam siyahısını təqdim etməliyik. Formula 1-in məsuliyyət daşıdığı kommersiya və maliyyə baxımından xərclərə nəzarət sistemi tətbiq ediləcək. Bu, yeni təşəbbüsdür və müzakirələr zamanı xeyli təkmilləşdirilib.

Biz motorlar üçün yeni reqlament hazırlamışıq və bir neçə gün əvvəl komandalara göndərmişik. Həmçinin yeni şassi reqlamenti və çempionatın idarə edilməsi üzrə təkliflər də hazırdır. Bütün bunlar üzərində iş aparırıq və siyahının tamamını martın 26-da komandalarla birlikdə müzakirə edəcəyik”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.