İDMAN


Formula 1-in Çin Qran-Prisi oktyabrda keçirilə bilər

Bakı, 2 aprel, AZƏRTAC

Formula 1 Çin Qran-Prisi oktyabrda keçirilə bilər.

AZƏRTAC xəbər verir ki, Formula 4 çempionatının təşkilatçıları yeni təqvim hazırlayıblar. Həmin təqvimə əsasən Çində mövsümün ilk yarışı mayın 23-24-də baş tutacaq. Daha öncə bu yarışın oktyabrın 17-18-də Şanxayda keçirilməsi planlaşdırılırdı. Lakin sonradan bu qərar ləğv olunub. Buna səbəb kimi həmin tarixin Formula 1 yarışlarının təqviminə salınmasıdır.

Qeyd edək ki, Formula 1-in yeni təqvimi yaxın günlərdə açıqlanacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.