İDMAN


Formula 1-in ingiltərəli azarkeşi: Bakı təsəvvür etdiyimdən də gözəldir

Bakı, 11 iyun, AZƏRTAC

Formula 1 azarkeşiyəm və bu yarışın keçirildiyi ölkələrə səfər edirəm. Azərbaycan haqqında eşitmişdim və fürsətdən istifadə edib ölkənizdə olmaq istəyirdim. Bakı təsəvvür etdiyimdən də gözəldir.

Bunu AZƏRTAC-a müsahibəsində Formula 1 yarışlarını izləməyə gəlmiş ingiltərəli azarkeş Rebeka Deyvis bildirib. O qeyd edib ki, Azərbaycana yenidən gəlməyi düşünür: “Səhər tezdən Xəzərin sahillərində gəzişmək özgə aləmdir. İnsanlar çox mehriban və gülərüz olduqlarından onlarla münasibət insana zövq verir. Nə isə lazımsa, həmin an kömək edir, qayğına qalırlar. Bu, çox gözəldir. Azərbaycana yenidən gəlməyi düşünürəm. Artıq burada dostlar da tapmışam. Yəqin ki, növbəti dəfə regionlarda olacağam”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.