İDMAN


Formula 1-in sabiq rəhbəri fəaliyyətini Beynəlxalq Xizək İdman Növləri Federasiyasında davam etdirəcək

Bakı, 28 oktyabr, AZƏRTAC

Formula 1-in sabiq rəhbəri Berni Ekklstoun fəaliyyətini Beynəlxalq Xizək İdman Növləri Federasiyasında (FIS) davam etdirəcək. O bu qurumun rəhbəri Yohan Eliaşın dəvəti ilə məsləhətçi vəzifəsində çalışacaq.

AZƏRTAC xəbər verir ki, 90 yaşlı funksioner əsasən bu federasiyanın marketinq məsələləri ilə məşğul olacaq. Mətbuata açıqlama verən FIS-in prezidenti Y.Eliaş Ekllstonunun Formula 1-in populyarlaşması üçün gördüyü işlərdən heyran olduğunu söyləyib. Onun fikrincə rəhbərlik etdiyi federasiyanın Berni kimi marketinq mütəxəssisinə ehtiyacı var.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.