İDMAN


Formula 1 komandaları Melburna gəlməyə başlayıblar

Bakı, 4 mart, AZƏRTAC

Formula 1 üzrə mövsümün ilk mərhələsi - Avstraliya Qran-Prisinin başlamasına bir həftədən bir az çox vaxt qalıb. Artıq komandaların üzvləri yarış avadanlığını Melburna gətirməyə başlayır.

AZƏRTAC xəbər verir ki, paytaxtı Melburn olan Viktoriya əyalətinin Turizm və İdman naziri Martin Pakula koronavirus epidemiyası ilə bağlı vəziyyətin mərhələnin qarşısını almayacağına əmin olduğunu bildirsə də, yarışların baş tutacağına tam zəmanət vermədiyini vurğulayıb.

Qeyd edib ki, koronavirusla bağlı vəziyyət daim dəyişdiyi üçün qabacadan qəti fikir söyləmək çətindir.

Mövsümün ilk yarışı olan Avstraliya Qran-Prisi martın 13-15-də keçiriləcək.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.