İDMAN


Formula 1 komandalarında ciddi ixtisarlar gözlənilir

Bakı, 15 may, AZƏRTAC

Böhranla əlaqədar Formula 1 komandalarında ciddi ixtisarlar gözlənilir.

AZƏRTAC xəbər verir ki, İtaliyanın nüfuzlu “La Gazzetta dello Sport” nəşrinin məlumatına əsasən, “Mersedes”, “Red Bull” və “Ferrari” kimi Top komandaların 100-dək əməkdaşı işini itirəcək. Bu baxımdan “Ferrari”də daha çox ixtisar olacaq.

Xatırladaq ki, növbəti mövsümdən komandaların xərc limitinin 145 milyon dollara qədər endiriləcəyi ehtimal edilir. Bu da komandalar daxilində ixtisarları zərurətə çevirir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.