İQTİSADİYYAT


Formula 1-lə əlaqədar Bakıda 17 marşrut xətti üzrə avtobusların hərəkət sxemi dəyişdiriləcək

Bakı, 17 aprel, AZƏRTAC

Bakıda keçiriləcək Formula 1 Azərbaycan Qran-Pri yarışları ilə əlaqədar yollarda hərəkətin məhdudlaşdırıldığı günlərdə müntəzəm marşrut xətti üzrə avtobusların fasiləsiz fəaliyyəti təmin olunacaq.

Bakı Nəqliyyat Agentliyindən AZƏRTAC-a bildirilib ki, sərnişinlərin rahat və maneəsiz daşınması üçün Bakı şəhər halqası və ona yaxın küçələrdən keçən 17 marşrut xətti üzrə (1, 2, 4, 5, 6, 18, 31, 37, 46, 53, 61, 65, 77, 88, 125, 205, H1) avtobusların hərəkət sxemində dəyişiklik olunacaq. Qeyd olunan marşrut xətləri üzrə avtobuslar alternativ küçələrdən keçməklə hərəkət edəcək.

Müvafiq marşrut xətləri üzrə nəzərdə tutulan dəyişikliklər aprelin 22-dən tətbiq ediləcək və tədbir tam başa çatanadək qüvvədə olacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.