İDMAN


Formula 1 pilotlarının cari mövsüm üçün məvacibləri açıqlanıb

Bakı, 29 aprel, AZƏRTAC

Formula 1 pilotlarının cari mövsüm üçün məvacibləri açıqlanıb.

AZƏRTAC xəbər verir ki, Böyük Britaniyanın mətbuatının tərtib etdiyi siyahıya “Red Bull” və “Mercedes” komandalarının pilotları başçılıq edirlər. Ötən il dünya çempionu olan Maks Ferstappen və yeddiqat dünya çempionu Luis Hamilton hərəyə 40 milyon funt sterlinq məvacib alırlar.

Üçüncü pillədə qərarlaşan “Alpin” komandasının pilotu Fernando Alonsonun illik gəliri 15 milyon funt sterlinqdir. Bu mövsüm Mühəndislər Kubokuna başçılıq edən “Ferrari” pilotlarına isə heç də çox pul ödəmir. Bu siyahıda yeddinci pillədə qərarlaşan Şarl Lekler 9, səkkizinci yeri tutan Karlos Sayns 7 milyon funt sterlinq maaş alırlar. Bu mənada Luis Hamiltonun komanda yoldaşı Corc Rasseli də fərqləndirmək olar. Şəxsi birincilikdə L.Hamiltondan öndə olan C.Rassell 4 milyon funt sterlinq qazancla 13-cü sırada qərarlaşıb.

Siyahıda sonuncu yeri isə tarixdə ilk dəfə Çini Formula 1-də təmsil edən pilot tutur. “Alfa Tauri”nin sürücüsü Yuki Tsunoda isə ilə təxminən 365 min funt sterlinq qazanır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.