İDMAN


Formula 1 rəhbərliyinin yeni komandalar haqqında bəyanatı

Bakı, 4 oktyabr, AZƏRTAC

2021-ci ildə dünya çempionatında debüt etmək arzusunda olan yeni komandalara Avropa mətbuatında həsr edilən yazılara Formula 1-də reaksiya veriblər. Bəyanatın məzmunu elədir ki, bu qısa mətnin xüsusi şərhə ehtiyacı yoxdur.

AZƏRTAC xəbər verir ki, dünən axşam elan edilən bəyanatda deyilir: “Son zamanlar bəzi təşkilatlar 2021-ci ildən dünya çempionatında çıxış etmək istəkləri barədə bildiriblər. Bu, ictimai rezonans yaradıb. Formula 1-də bu marağın dəyərləndirilməsinə baxmayaraq, biz təsdiqləyə bilərik ki, hansısa yeni komandanın çempionatda iştirakı ilə bağlı nə ayrı-ayrı şəxslərlə, nə şirkətlərlə heç bir ciddi müzakirələr aparılmayıb”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.