İDMAN


Formula 1 üzrə Rusiya Qran-Prisinin təşkilatçıları azarkeşlərin yarışları izləmələrinə şərait yaradacaqlar

Bakı, 11 iyul, AZƏRTAC

Formula 1 üzrə Rusiya Qran-Prisinin təşkilatçıları Soçi avtodromunda təşkil olunacaq yarışları tamaşaçıların iştirakı ilə keçirmək niyyətində olduqlarını açıqlayıblar.

AZƏRTAC “Rosqonki” şirkətinin mətbuat xidmətinə istinadla xəbər verir ki, bu barədə Rusiya mərhələsinin promouteri Aleksey Titov məlumat verib. O qeyd edib ki, bu yarış hazırkı mövsümdə tamaşaçıların canlı izləyəcə biləcəkləri ilk Qran-Pri olacaq. A.Titov Rusiya Federasiyası Hökumətinin və Formula 1 rəhbərliyinin birgə səyi nəticəsində Qran-Prinin yüksək səviyyədə təşkili üçün müvafiq tədbirlərin həyata keçirildiyini bildirib.

Formula 1 rəhbərliyi Rusiya Qran-Prisinin sentyabrın 25-27-də keçiriləcəyini təsdiqləyib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.