İDMAN


Formula 1 yarışları azarkeşlərin sayına görə Çempionlar Liqası və İngiltərə Premyer Liqasını qabaqlayır

Bakı, 21 yanvar, AZƏRTAC

Formula 1 şirkəti 2019-cu il mövsümündə izləyiciləri ilə bağlı araşdırmasına dair hesabat açıqlayıb.

AZƏRTAC xəbər verir ki, hesabata əsasən, ötən il Formula 1-in ümumi auditoriyası 1,992 milyard nəfər təşkil edib. Bu, 2012-ci ildən bəri ən yüksək rəqəmdir. Ondan əvvəlki - 2018-ci illə müqayisədə isə 9 faiz artım olub.

Hesabatda onlayn auditoriyanın artması baxımından Formula 1-in bütün böyük beynəlxalq yarışlar arasında birinci yeri tutduğu da bildirilir. 2019-cu ildə “Facebook”, “Twitter”, “İnstagram” və “Youtube”da Formula 1 abunəçilərinin sayı 2018-ci illə müqayisədə 32,9 faiz artaraq 24,9 milyon nəfər təşkil edir. Onlayn abunəçilərin artımı baxımından ikinci və üçüncü yerləri Çempionlar Liqası və İngiltərə Premyer Liqası tutur (20,1 faiz və 17,9 faiz).

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.