İQTİSADİYYAT


Formula 1 yarışları ilə əlaqədar fasiləsiz elektrik enerjisi təchizatı tam təmin olunacaq

Bakı, 23 aprel, AZƏRTAC

“Azərenerji” ASC və “Azərişıq” ASC tərəfindən aprelin 26-28-də Bakıda keçiriləcək növbəti Formula 1 yarışları ilə əlaqədar fasiləsiz elektrik enerjisi təchizatı tam təmin ediləcək.

“Azərişıq”dan AZƏRTAC-a bildirilib ki, yarışların keçirildiyi yerlərin fasiləsiz elektrik enerjisi ilə təchiz olunması məqsədilə təşkilati və texniki tədbirlər görülərək hər iki ASC-nin mərkəzi aparatı və Regional Elektrik Təchizatı və Satış İdarələri (RETSİ) üzrə məsul vəzifəli şəxslərdən ibarət növbətçilik təşkil edilib, yarana biləcək qəza hallarının operativ aradan qaldırılması məqsədilə xüsusi briqadalar yaradılıb.

Yarışların keçiriləcəyi yerlərin fasiləsiz elektrik enerjisi ilə təchiz olunması, habelə baş verə biləcək hər hansı qəza hadisəsinin qarşısının alınması üçün zəruri tədbirlər görülüb.

Texniki direktorluqlara tabe olan xidmət sahələrində və avtonəqliyyat idarələrində növbətçilik təşkil edilərək, zəruri olan mal-materialların ehtiyatı yaradılıb. Baş vermiş qəzaların nəticələrinin aradan qaldırılması halları istisna olmaqla, yarışların keçirildiyi yerlərdə aparılması planlaşdırılan yenidənqurma və əsaslı təmir-tikinti işləri müvəqqəti olaraq dayandırılıb, elektrik şəbəkələrinin normal rejiminin təmin olunması məqsədilə RETSİ-lər üzrə təşkil edilmiş növbətçilik üzərində nəzarət gücləndirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.