İDMAN


“Formula-1” yarışları üzrə Avropa Qran-prisi dünya mediasının gündəmindədir

Bakı, 13 iyun, AZƏRTAC 

Bakıda keçiriləcək “Formula-1” Avropa Qran-prisi dünya mediasının gündəmindədir. Yazılarda yarışa hazırlıq yüksək qiymətləndirilir, Bakıda sürət həvəskarları üçün maraqlı anların yaşanacağı vurğulanır.

“Bir neçə gündən sonra avtomobil idmanı “Formula-1”in fanatları Bakıda olacaqlar. Bu yarış ilk dəfədir Azərbaycanda keçirilir. Bakıda bolidlər avtodromda deyil, məhz şəhərin küçələrində yarışacaq”.

Bu fikirlər Rusiyanın “Kommersant” qəzetində yerləşdirilən məqalədə əksini tapıb. Müəllif bildirir ki, “Formula-1”in rəsmi saytında bu il yarışın mərhələlərinin keçiriləcəyi bütün ölkələr sadalanıb və Azərbaycan mərhələsi Avropa Qran-prisi adlandırılıb. Bu isə o deməkdir ki, Bakı Avropanın paytaxtı olacaq. Olimpiada və “Formula-1” səviyyəli mötəbər idman yarışları üçün yaxşı infrastruktur tələb olunur. Azərbaycanda isə lazımi infrastruktur var. Bakı səyahət üçün yeni istiqamətdir. Burada Avropa mədəniyyəti ilə Qafqaz ənənələri vəhdət təşkil edir. Bakının rəmzinə çevrilən Alov qüllələri, Heydər Əliyev Mərkəzi, Xalça Muzeyi turistlər üçün maraqlı məkanlardır.

Fransanın idman sahəsi üzrə ixtisaslaşan “Nextgen-Auto” saytında isə qeyd olunub ki, Kanada Qran-prisindən sonra komandalar paytaxt Bakıda ilk dəfə keçiriləcək Avropa Qran-prisində iştirak üçün birbaşa Azərbaycana yollanacaq. Yazıda Beynəlxalq Avtomobil Federasiyasının yarışlar üzrə direktoru Çarli Vaytinqin son tanışlıq məqsədilə Bakıya səfərindən də danışılır. Onun görülən işlərə heyran qaldığı, bütün qurğuların keyfiyyətli olduğu, Bakı şəhər halqasının digərlərindən seçildiyini vurğulaması diqqətə çatdırılır.

İspaniyanın “LAF1” xəbər saytı da Çarli Vaytinqin fikirlərinə istinadən yazır ki, Bakı şəhər halqası inanılmaz trekdir. Yaradılan infrastruktur Avropa Qran-prisinin yeni mərhələsini qəbul etməyə hazırdır.

Yazılarda nüfuzlu şəxslərin Azərbaycanda keçiriləcək yarışdan gözləntilərinin daha da artdığı xüsusi vurğulanıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.