İDMAN


Formula 1 yeni mövsüm üçün videoçarxını nümayiş etdirib VİDEO

Bakı, 11 mart, AZƏRTAC

Formula 1 sosial şəbəkələrdəki rəsmi səhifələrində yeni mövsüm üçün videoçarxını nümayiş etdirib.

AZƏRTAC xəbər verir ki, videoçarxdan yeni mövsümdə istifadə olunacaq. Rolik hazırlanarkən ötən mövsümkü yarışlarla yanaşı, daha əvvəlki yürüşlərin də maraqlı məqamlarından istifadə edilib.

Videoçarx zamanı məşhur Böyük Britaniya qrupu “The Chemical Brothers”in “We’ve Got to Try” mahnısı səslənir.

Qeyd edək ki, “We’ve Got to Try” mahnısına çəkilmiş klip ötən həftə təqdim olunub. Klipin süjetinin mərkəzində olan “We’ve Got to Try” ləqəbli it Formula 1 bolidində idarə etməyi öyrənir. Daha sonra isə kosmosa uçuşa göndərilir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.