İDMAN


Formula 1 yeni mövsümdə ən sürətli dövrəyə görə bir xal hesablayacaq

Bakı, 12 mart, AZƏRTAC

Formula 1 rəhbərliyinin yarışlarda ən sürətli dövrənin müəllifinin hesabına bir xal yazılması qaydasını çempionatda bərpa etməsi fikri barədə daha əvvəl xəbər verilib. Bu ideya bilavasitə Beynəlxalq Avtomobil Federasiyasında da (FIA) dəstəklənib.

AZƏRTAC Formula 1-in mətbuat xidmətinə istinadla xəbər verir ki, indi bu plan rəsmi şəkildə təsdiqlənib.

Bununla yanaşı qaydada qeyd olunur ki, ən sürətli dövrə üçün verilən xal onun müəllifinin onluqda finişə çatacağı təqdirdə hesablanacaq. Qazanılmış xal, eyni zamanda, həm pilotun, həm də konstruktorlar Kubokunun aktivinə yazılacaq. Beləliklə, çempionatda əlavə olaraq 21 xal oynanılacaq.

Xatırladaq ki, sonuncu dəfə buna bənzər praktikadan 1959-cu ildə istifadə edilib. Ən sürətli dövrə üçün bir xalın hesaba əlavə edilməsi 1950-1959-cu illərdə mövcud olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.