İDMAN


“Formula-1”ə bilet əldə etmiş şəxslər bu gündən Azərbaycanın hava limanlarında viza ala biləcəklər

Bakı, 10 iyun, AZƏRTAC

“Formula-1”ə bilet əldə etmiş şəxslər bu gündən Azərbaycanın hava limanlarında viza ala biləcəklər.

“Formula One Management Limited” şirkətinin və Beynəlxalq Avtomobil Federasiyasının müvafiq qaydalarına uyğun olaraq daimi akkreditasiyadan keçən jurnalistlər, eləcə də “Formula-1” Avropa Qran-pri yarışına bilet əldə edən şəxslər bu gündən Xarici İşlər Nazirliyinin Konsulluq İdarəsinin Azərbaycanın beynəlxalq hava limanlarında yerləşən struktur bölmələrində viza ala biləcəklər.

Daimi akkreditasiyadan keçmiş jurnalistlər bununla bağlı sənəd, yarışa bilet əldə etmiş şəxslər isə bilet əsasında iyunun 10-dan 20-dək viza alacaqlar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.