İDMAN


Formula 2: “MP Motorsport” komandası 2020-ci il mövsümü üçün heyətini açıqlayıb

Bakı, 17 fevral, AZƏRTAC

Formula 2 yarışlarında iştirak edən “MP Motorsport” komandası 2020-ci il mövsümü üçün heyətini açıqlayıb.

AZƏRTAC xəbər verir ki, komandanı yeni mövsümdə yaponiyalı Nobuxaru Matsusita və braziliyalı Felipe Druqoviç təmsil edəcəklər.

Yaponiyalı pilot ötən mövsümü Formula 2-də “Carlin” komandasında keçirib. İki qələbə qazanan N.Matsusita pilotların sıralamasında altıncı olub. 2019-cu ildə Formula 3-də “Carlin” komandasında mübarizə aparan F.Druqoviç 8 xalla 16-cı pillədə qərarlaşıb.

Formula 2 yarışlarının yeni mövsümünə martın 20-22-də Bəhreyndə keçiriləcək Qran-Pri ilə start veriləcək. Çempionatın beşinci mərhələsi iyunun 5-7-də Bakıda təşkil olunacaq. Yarışda 11 komanda birincilik uğrunda mübarizə aparacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.