İDMAN


Formula 2: “Trident” Monsada yalnız bir avtomobilini starta çıxaracaq

Bakı, 4 sentyabr, AZƏRTAC 

Spada baş verən faciəli hadisələrin fəsadları hələ uzun müddət özünü göstərəcək: xüsusən Monsada bu uik-endə Formula 2-nin “Trident” komandası yalnız bir avtomobilini yürüşə çıxara biləcək.

AZƏRTAC xəbər verir ki, “Trident”in mətbuat xidmətinin yaydığı bəyanatın mətnində bu barədə deyilir: “Spada, Formula 2 yarışlarında baş verən faciəli hadisələr səbəbindən Belçikanın hakimiyyət orqanları tərəfindən Culiano Alezinin avtomobilinə həbs qoyulub, çünki həmin maşın ağır qəzada iştirak edib.

Nəticədə, Monsada keçiriləcək növbəti yürüşdə “Trident” komandasının bir avtomobili olacaq və onu Alezi idarə edəcək. Bu, o deməkdir ki, Ralf Boşunq Formula 2-nin İtaliya mərhələsində çıxış edə bilməyəcək.

Ralf Antuan Yuberin ailəsinə, onun dostlarına və komandasına dərin hüznlə başsağlığını çatdırmaq, həmçinin Xuan-Manuel Korreaya tezliklə sağalmasını arzulamaq istərdi”.

İsveçrəli pilot Formula 2-nin son mərhələsindən əvvəlki - sentyabrın 27-29-da Soçidə keçiriləcək yürüşünə qayıtmaq niyyətindədir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.