İDMAN
Formula 2 pilotu Deletraz Əbu-Dabidə “Haas”ın sınaq yürüşlərində iştirak edəcək
Bakı, 2 noyabr, AZƏRTAC
İsveçrəli pilot Lui Deletraz “Haas” komandasının noyabrın 28-də Əbu-Dabidə keçiriləcək sınaq yürüşlərində iştirak edəcək.
AZƏRTAC xəbər verir ki, isveçrəli pilot karyerasında ilk dəfə olaraq Formula 1 bolidinin sükanı arxasına keçəcək. 21 yaşlı cenevrəli sınaqların ikinci günündə trasa çıxacaq. Sınaq yürüşlərinin məqsədi “Pirelli” şirkətinin istehsal etdiyi şinlərin keyfiyyətini yoxlamaqdır.
Deletraz “Charouz Racing System” komandasında çıxış edən Formula 2 pilotudur. O, bu mövsümdə artıq iki dəfə podiuma qalxmağa müvəffəq olub.
“Haas” komandasının mətbuat xidmətinin məlumatında isveçrəli pilotun sözləri sitat gətirilib: “Əbu-Dabidə Formula 1 sınaqlarında debütümü səbirsizliklə gözləyirəm. Mənə verilən imkana görə komandanın rəhbərliyinə minnətdaram. Cari mövsümün sonu əla oldu və mən buna sevinirəm”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.03.2024 [17:11]
Premyer Liqada XXVIII turun hakimləri açıqlanıb
- 28.03.2024 [17:09]
Azərbaycan ağırlıqqaldıranları üçün antidopinqlə bağlı seminar keçirilib
- 28.03.2024 [16:16]
Dünyanın futbol üzrə ən dəyərli “onbirliyi” açıqlanıb
- 28.03.2024 [14:22]