İDMAN


Formula E ən ekoloji avtomobil idmanı növü sayılıb

Bakı, 12 iyul, AZƏRTAC

Formula E “ISO 20121” beynəlxalq standartı sertifikatı almış ilk avtomobil idmanı növü olub. Bu, müstəqil auditor tərəfindən aparılmış hərtərəfli yoxlamanın nəticəsidir.

AZƏRTAC “F1News.ru”ya istinadla xəbər verir ki, bu standart beynəlxalq yarış təşkilatçılarının sosial məsuliyyət prinsipinə əməl etməsi, iqtisadi inkişafa şərait yaratması, habelə idman yarışlarının keçirilməsinin ekoloji nəticələrinin azaldılması məqsədi ilə 2012-ci il London Olimpiadasından sonra tətbiq edilib.

Elektromobil yürüşləri üzrə dünya çempionatı bu meyarlara tam cavab verir və bu istiqamətdə işləməyə davam edir.

Formula E-nin təsisçisi və icraçı direktoru Alexandro Aqaq deyib: “Üçüncü tərəfin təsdiq etdiyi “ISO 20121” sertifikatını almaq üçün Formula E tərəfindən görülən işə görə iftixar hissi keçirirəm. Bu sertifikat çempionatımızın ekoloji yönümlü olmasının ən yüksək təsdiqidir. Sertifikat təsdiq edir ki, yaratdığımız sistem ekoloji göstəricilərin daim yaxşılaşmasına istiqamətlənib. Formula E ətraf mühitə təsiri minimuma çatdırmağın mümkün olduğunu başqa yarışlara göstərən örnəkdir”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.