“Fors İndia” komandası bundan sonra “Reysinq Poynt” adlanacaq
AzerTAg.az
Bakı, 4 fevral, AZƏRTAC
Silvestaunda Formula 1yarışlarının əvvəllər “Fors İndia” adı ilə məşhur olan komandası 2019-cu il mövsümündə “Reysinq Poynt” adı altında çıxış edəcək.
AZƏRTAC Formula 1yarışlarının “RaceFans” saytına istinadla xəbər verir ki, əvvəlcə “Reysinq Poynt” əvəzinə başqa ad seçməyi planlaşdırır və tarixi brendlərdən birini seçmək hüququ almağa çalışırdılar. Lakin bu cəhdlər uğursuz olub. Mümkün variantlar arasında “Lola” adı da vardı, lakin bu variant da baş tutmayıb.
Yanvarın 31-də Formula 1 komissiyasının sonuncu iclasında “Fors İndia” adının “Reysinq Poynt” ilə əvəz edilməsi rəsmən təsdiq olunub. Elə həmin iclasda “Zauber” komandasının da adı dəyişdirilərək “Alfa Romeo” adlandırılması təsdiq edilib.
“Reysinq Poynt” komandasının mətbuat xidmətində bu adın saxlanması barədə məlumatı şərh etməkdən vaz keçiblər. Komandanın təqdimat mərasimini 2019-cu il mövsümünün açılışı ərəfəsində, fevralın 13-də keçirilməsi planlaşdırılır.

Xəbərin mətnində orfoqrafik səhv var