ELM VƏ TƏHSİL


Forum çərçivəsində “Azərbaycanın gələcək inkişaf strategiyası” mövzusunda panel iclas keçirilib

Bakı, 1 dekabr, AZƏRTAC

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) təşkilatçılığı, İqtisadiyyat Nazirliyi, Təhsil Nazirliyi və digər qurumların iştirakı ilə keçirilən UNEC İqtisadi Forumu-2021 çərçivəsində “Azərbaycanın gələcək inkişaf strategiyası: qlobal trendlər və yerli faktorlar” mövzusunda panel iclas olub.

AZƏRTAC xəbər verir ki, forumun sədri, UNEC-in rektoru professor Ədalət Muradov tədbirin əhəmiyyətini vurğulayıb. Rektor qeyd edib ki, dövlət müstəqilliyinin bərpasının 30-cu ildönümünə həsr olunan bu forum həm qlobal, həm də milli müstəvidə çox böyük hadisə və proseslərin yaşandığı bir dövrə təsadüf edir. Azərbaycan ən böyük milli problemini həll edib, Qarabağ işğaldan azad olunub. Bu məqsədlə də UNEC İqtisadi Forumunun əsas devizi “Zəfər yolu” olaraq müəyyənləşdirilib.

Forum rəqəmsal iqtisadiyyatın inkişafı ilə bağlı postpandemiya dövrü üçün müəyyən olunan mərhələləri, eləcə də Azərbaycanın sosial-iqtisadi transformasiyalarını əhatə edən müstəqillik yolunu əks etdirəcək. Bundan əlavə, forum aparıcı dövlət və özəl təşkilatları, eyni zamanda, təcrübəli sənaye mütəxəssislərini bir araya gətirəcək.

Panel iclas UNEC-in prorektoru Neman Muradlının moderatorluğu ilə davam edib. Tədbirdə Polşanın Kozminiski Universitetinin professoru Qjeqoj Kolodko, İsveçrənin UBS Bankının Strategiya departamentinin rəhbəri Massimiliano Kastelli, İngiltərənin Bayes Biznes Məktəbinin Strategiya və rəqəmsal transformasiya üzrə professoru Gianvito Lanzolla, “McKinsey & Company” Moskvadakı baş tərəfdaşı Yermolay Soljenitsının mövzu ilə bağlı çıxışları dinlənilib.

Çıxış edənlər Azərbaycanın 30 illik müstəqillik dövründə keçdiyi inkişaf yolundan söz açıb və gələcək inkişaf strategiyası ilə bağlı planları müzakirə ediblər. Həmçinin ölkənin inkişaf strategiyasına qlobal trendlərin və yerli faktorların təsirlərindən danışılıb.

Sonra mövzu ilə bağlı suallar cavablandırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.