Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Forum çərçivəsində “BMT sistemində sülh naminə çoxtərəflilik və diplomatiyanın gücləndirilməsi” mövzusunda sessiya təşkil edilib YENİLƏNİB VİDEO

Bakı, 3 may, AZƏRTAC

Mayın 3-də V Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində “BMT sistemində sülh naminə çoxtərəflilik və diplomatiyanın gücləndirilməsi” mövzusunda sessiya keçirilib.

AZƏRTAC xəbər verir ki, ADA Universitetinin icraçı prorektoru Fariz İsmayılzadənin moderatorluğu ilə keçirilən sessiyanın açılışında Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov çıxış edib. Qoşulmama Hərəkatına üzv ölkələrin təşəbbüsü ilə 2018-ci il dekabrın 12-də BMT Baş Assambleyasının “24 aprel - Çoxtərəflilik və sülh naminə diplomatiya Beynəlxalq Günü” adlı qətnamənin qəbul edildiyini bildirən nazir bəşəriyyətin davamlı sülh məqsədinə nail olunmasında çoxtərəfliliyin əhəmiyyətini vurğulayıb. O, bu qətnamənin həmmüəllifləri sırasında Azərbaycanın da yer aldığını tədbir iştirakçılarının diqqətinə çatdırıb. Nazir bu təşəbbüsün dünyada çoxtərəflilik səylərinin həll edilməmiş münaqişələr, iqlim dəyişikliyi, artmaqda olan qeyri-bərabərlik, dözümsüzlük və digər təhdidlərin təsiri altında olduğu bir vaxtda irəli sürüldüyünü vurğulayaraq, çoxtərəflilik və beynəlxalq əməkdaşlıq dəyərlərinin qorunub saxlanılmasının BMT-nin mühüm pillələri olan sülh və təhlükəsizlik, inkişaf və insan hüquqlarının təşviqi baxımından vacib rol oynadığını qeyd edib. Nazir çoxtərəfliliyin suveren dövlətlərin təklikdə həll edə bilmədikləri təhlükəsizlik və inkişafa təhdidləri cavablandırmaq imkanını verdiyini və dialoqun davamlı sülhə nail olmaq üçün ən vacib alət olduğunu vurğulayıb.

Elmar Məmmədyarov sülhün müxtəlif təhdidlərlə, xüsusilə həll edilməmiş münaqişələrlə üzləşdiyi dünyada sülh diplomatiyasının əhəmiyyətindən bəhs edib. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi haqqında iştirakçılara məlumat verən nazir Ermənistanın ölkəmizə qarşı həyata keçirdiyi təcavüzkar siyasətə toxunaraq bunun bölgəmizdə davamlı sülhə və inkişafa təhlükə törətdiyini vurğulayıb. Elmar Məmmədyarov regionda davamlı sülhə nail olmaq üçün işğala son qoyulmasının, Azərbaycanın işğal edilmiş ərazilərinin dərhal və qeyd-şərtsiz boşaldılmasının və azərbaycanlı məcburi köçkünlərin öz doğma yurd-yuvalarına geri qayıtmasının vacibliyini diqqətə çatdırıb.

Həmçinin BMT Nizamnaməsinə, Helsinki Yekun Aktına və Qoşulmama Hərəkatının Bandunq prinsiplərinə diqqəti cəlb edən nazir sözügedən sənədlərdə qeyd olunmuş prinsiplərin, xüsusilə beynəlxalq səviyyədə tanınmış sərhədlər çərçivəsində ərazi bütövlüyünə hörmət prinsipinin vacibliyini bildirib.

UNESCO-nun Baş direktorunun sosial və humanitar elmlər üzrə müavini Nada Al-Naşif Forumun əhəmiyyətindən danışaraq bildirib ki, Prezident İlham Əliyevin açılış mərasimindəki nitqi bizim gələcək fəaliyyətimizin təkmilləşdirilməsi baxımından önəmlidir. O deyib ki, sosial və iqtisadi bərabərsizlik, iqlim dəyişikliyi, zorakılıq - bütün bunlar dünyanın sosial həyatına təhdidlər yaradır. Lakin biz hər zaman dünya ilə bağlı xoş təşəbbüslərlə çıxış edirik. Mövcud problemləri hər hansı dövlət təkbaşına həll edə bilməz. Ona görə də birgə əməkdaşlıq, dialoqdan yaxşı ikinci bir yol yoxdur. “Bakı Prosesi” bu məsələdə istiqamətverici rol oynayır. Davamlı İnkişaf Məqsədlərinin əsas qayəsində də tərəfdaşlıq dayanır.

BMT-nin Baş Assambleyası tərəfindən yaradılmış Sülh Universitetinin rektoru Fransisko Rojas Aravena çıxışında Bakıda təşkil olunan Forumda dünyanı narahat edən problemlərin həlli ilə bağlı səmərəli müzakirələrin aparıldığını vurğulayıb. “Biz Sülh Universiteti olaraq sülhün təbliğini, humanitar problemlərə qarşı tədbirlərin təşviqini aparırıq. Qlobal kontekstdə strateji məsələlərin həlli əsas məsələ olmalıdır. Ancaq əməkdaşlıq olmadan sülhə, insan hüquqlarının təmininə nail olmaq mümkün deyil. Müharibələr, böhranlar yalnız və yalnız yoxsulluğa gətirib çıxarır. Çoxtərəflilik hər zaman beynəlxalq münasibətlərdə əsas rola malik olub. BMT sülhü, insan hüquqlarını qorumaq üçün təsis edilib. BMT qlobal sülhü mümkün etdi, sabitlik müəyyən mənada təmin olundu. Bizi narahat edən əsas məsələlərdən biri də qütbləşmələrin yaranmasıdır. Çoxtərəflilik prinsipi müxtəlif təhdidlərə qarşı ola biləcək ən güclü amil kimi çıxış edə bilər. Dövlətlərin müstəqilliyinə, beynəlxalq hüquqa hörmət və digər normalar bizim qorumalı olduğumuz şərtlərdir. Münaqişələrin həlli ilə bağlı danışıqlar anlaşma ruhunda aparılmalıdır.

Açılış çıxışlarından sonra sessiya işini Cenevrədəki BMT Ofisi və digər beynəlxalq təşkilatlar yanında Sülh Universitetinin daimi müşahidəçisi David Fernandez Puyananın moderatorluğu ilə davam etdirib.

Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas bildirib ki, çoxtərəflilik deyəndə ilk olaraq hər kəs BMT-ni düşünür, biz Avropa İttifaqını da unutmamalıyıq. Biz Avropa İttifaqı olaraq sülh, insan hüquqları, əməkdaşlıq, birgəyaşayış, demokratiya kimi dəyərləri fəaliyyətimizdə əsas götürürük. Avropa İttifaqı özü fəaliyyətə bir sülh layihəsi kimi başlayıb və uzun müddətdir ki, sülhü təmin edir. Biz müharibələrdən sülh qitəsinə çevrildiyimizə görə 2012-ci ildə Avropa İttifaqına Nobel sülh mükafatı təqdim olundu. Bu uğurun səbəbi nədir? Birmənalı olaraq əsas səbəb odur ki, üzv ölkələrin hər birinin ortaq maraqları var.

Xarici İşlər Nazirliyinin regional təhlükəsizlik idarəsinin rəisi vəzifələrini icra edən Kamil Xasıyev bildirib ki, BMT Baş Assambleyasının “24 aprel - Çoxtərəflilik və sülh naminə diplomatiya Beynəlxalq Günü” adlı qətnaməsinin qəbulundan sonra Bakıda bu mövzu ətrafında müzakirələrin aparılması olduqca əhəmiyyətlidir. O qeyd edib ki, son illərdə beynəlxalq münasibətlər sistemində çoxtərəflilik prinsipinin önəmi xeyli dərəcədə artıb. Çünki regional sülh və təhlükəsizliyə başqa alternativ yoxdur. Çoxtərəfli diplomatiya konteksti özü də beynəlxalq hüquq tərəfindən tənzimlənir. Lakin biz qəbul etməliyik ki, bu gün beynəlxalq münasibətlər sistemi mükəmməllikdən xeyli uzaqdır. Əgər biz bu sistemin səmərəli olmasını istəyiriksə, BMT-nin üzv ölkələrinin üzərlərinə götürdükləri öhdəliklərə əməl etmələri təmin olunmalıdır.

Səudiyyə Ərəbistanı Krallığının Xarici İşlər Nazirliyinin diplomatiya elmləri üzrə Şahzadə Saud Əl Faysal İnstitutunun baş direktoru Abdullah Həməd Əl-Salamah bu mötəbər tədbirin təşkilinə görə Azərbaycan tərəfinə minnətdarlığımı bildirib. Suriyada baş verənlərin, qaçqınlarla bağlı böhranların ciddi iqtisadi problemlər yaratdığını söyləyən baş direktor qeyd edib ki, hər bir ölkədə insanların təhsil almalarına şərait yaradılmalıdır. Bu gün Çin, Cənubi Koreya kimi ölkələrdə müxtəlif sahələrin inkişafının şahidiyik. Bu gün Cənubi Koreya texnologiyaların inkişafına görə dünyada ön sıralardadır. Dünyanın hər yerində bu ölkələrin texnologiyalarından istifadə edilir. Əlbəttə, bu, ilk növbədə, təhsilə verilən önəm sahəsində əldə olunan uğurlardır. Çünki bu cür ölkələrdə gənclik də inkişaf edir. Təhsilli, maariflənmiş insanlar isə müharibələr deyil, əməkdaşlıqlar haqqında düşünürlər. Onlar başa düşürlər ki, əgər əməkdaşlıq olmasa heç bir inkişafdan söhbət gedə bilməz. Afrikanın bir sıra ölkələrinə baxsaq, görərik ki, işsizlik, yoxsulluq hökm sürür. Ona görə də əməkdaşlıq, diplomatiyanın və dialoqun təbliği olduqca vacibdir.

ADA Universitetinin icraçı prorektoru Fariz İsmayılzadə çıxışında deyib ki, bütün mənfi təzahürlərə, o cümlədən radikalizmə və ekstremizmə qarşı mübarizə aparmaq, qarşılıqlı anlaşmanı təbliğ etmək istəyiriksə, bu istiqamətdə ən yaxşı yol gənclərin təhsilinə sərmayələrin qoyulmasıdır. Həmçinin tələbə mübadilələri proqramı aparmaq mümkündür ki, bu da qarşılıqlı anlaşmanı, mədəni baryerlərin aradan qaldırılmasını təmin etmiş olarıq. Hesab edirəm ki, insan təhsilli olsa onun pis əməllərə meyli azalacaq, yaxşı əməllərə isə artacaq.

Abat Oliba CEU Universitetində UNESCO-nun sülh, həmrəylik və mədəniyyətlərarası dialoq üzrə kafedrasının müdiri Karmen Parra Rodrigez bu cür qlobal əhəmiyyət daşıyan bir mövzu ətrafında müzakirələrin aparılması üçün yaratdığı şəraitə görə Azərbaycan hökumətinə minnətdarlığını ifadə edib. O, çıxışında müxtəlif sahələrdə qurumların bu istiqamətlərdə fəaliyyətə cəlb olunmasının uğurlu ola biləcəyinə inamını ifadə edib. Bildirib ki, UNESCO hər zaman gənclərlə bağlı proqramları dəstəkləyir, sülh və mədəniyyətlərarası əməkdaşlıq naminə müxtəlif qurumların əməkdaşlığını təbliğ və təşviq edir.

Banaras Hindu Universitetində UNESCO-nun sülh və mədəniyyətlərarası anlaşma üzrə sədri Priyankar Upadhyaya qeyd edib ki, “24 aprel - Çoxtərəflilik və sülh naminə diplomatiya Beynəlxalq Günü” planetimizin buna ehtiyacının olduğu dövrdə təsis olundu. Biz lazımi addımlar atmalıyıq, çünki gələcəyimiz üçün ciddi təhlükələr var. Bəzən etimadın olmaması ilə bağlı məsələləri müşahidə edirik. Yəni, hökumətlər insanlarla işləmirlər, onlara ciddi vədlər vermirlər. Bəzən verilən vədlər icra edilmir. Bütün bunlar qlobal maliyyə böhranı ilə başladı və hələ də bu məsələlər həll olunmamış qalır. Həmçinin miqrasiya problemi də qloballaşan dünyanın əsas problemidir. Bu gün dünyada aclığa, səfalətə düçar olan insanların sayı artıb. Hesab edirəm, ölkələr birgə əməkdaşlıqla bu problemlərdən çıxış yolunu tapmalıdırlar. Ən yaxşı yol isə beynəlxalq təşkilatlarla birgə işin genişləndirilməsidir. Çoxtərəflilik prinsipinə sadiqlik olmalıdır. Yanaşma olaraq multikulturalizmdən gözəl nümunə yoxdur. Təhsil, maariflənmə isə insanları pis əməllərdən çəkindirmək üçün çox gözəl seçimdir. Biz bundan da səmərəli istifadə etməliyik. Onlara aşılamalıyıq ki, planet bizim əsas evimizdir.

Sonda sessiya iştirakçılarının sualları cavablandırılıb.

Forum çərçivəsində “BMT sistemində sülh naminə çoxtərəflilik və diplomatiyanın gücləndirilməsi” mövzusunda sessiya təşkil edilib  YENİLƏNİB VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

AQTA sədri: Azərbaycanda dəmirlə zənginləşdirilmiş un satılacaq

Binəqədi rayonunda yük maşını yolun kənarı ilə gedən qadını vurub

Ali Rada sədrinin müavini: Ukrayna Azərbaycanın humanitar töhfəsini yüksək qiymətləndirir

Salyan “ASAN xidmət” mərkəzində bir il ərzində 178 mindən çox müraciət qeydə alınıb

AQTA-nın auditorları 24 ölkənin ərazisində 349 müəssisədə qiymətləndirmə aparırlar

Evdən pul və qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən şəxs yaxalanıb

® “Kapital Bank”ın istiqrazlarının Bakı Fond Birjasında yerləşdirilməsi yekunlaşıb

Tahir Rzayev: Qida təhlükəsizliyini bir təşkilatla yekunlaşdırmaq düzgün deyi

Azyaşlı qıza hədə-qorxu gələrək qızıl-zinət əşyalarını talayan iki nəfər saxlanılıb

DİN: Ötən gün 2,3 kiloqramdan çox narkotik vasitə aşkarlanıb

Bakıda ümumşəhər iməciliyi və ağacəkmə aksiyası keçiriləcək

DİN: Ötən gün xeyli qanunsuz odlu silah aşkarlanaraq götürülüb

Əbu-Dabidə AYİB ilə yaşıl enerji tərəfdaşlığı müzakirə edilib

Kayrat Sarıbay: Azərbaycanın AQEM-ə növbəti 2 ildə sədrliyi onun beynəlxalq nüfuzundan xəbər verir

Dünya birjalarında neft bahalaşıb

Evdən musiqi alətləri oğurlayanlar saxlanılıblar

Azərbaycanın öz tarixi torpaqlarını qanun çərçivəsində azad etməsi ilə Asiyada bir konflikt azaldı

ABŞ Dövlət Departamenti AZƏRTAC-ın sorğusunu cavablandırıb

Kayrat Sarıbay: Azərbaycanın AQEM-ə sədrliyi dövründə uğurlu layihələr icra olunacaq

Azərbaycanın iki gimnastı Dünya Kubokunda finala yüksəlib

Azərbaycan neftinin qiyməti ucuzlaşıb

DİN: Ötən gün cinayət törətməkdə şübhəli bilinən 57 nəfər saxlanılıb

Astara rayonunda avtoxuliqanlıq edən sürücü həbs olunub

Ölkədə qlobal ekoloji böhrana qarşı ciddi praktiki addımlar atılır - Açıqlama

Tariximizin qanlı səhifələrindən biri olan Başlıbel faciəsindən 31 il ötür

Binəqədi-Balaxanı şosesində yük avtomobili aşıb, sıxlıq yaranıb

Ağdamda minaatan qurğular aşkarlanıb

Bakının bir sıra yollarında sıxlıq müşahidə olunur - SİYAHI

Qırğızıstanda TikTok-a giriş qismən məhdudlaşdırılıb

18 Aprel - Beynəlxalq Abidələr və Tarixi Yerlər Günüdür

Cənubi Koreya bu il Ukraynaya 200 milyon dollar humanitar yardım edəcək

Tramp Nyu-Yorkda Polşa Prezidenti ilə görüşüb

Dövlət Departamenti: Biz Azərbaycan və Ermənistanın sülh səylərini qətiyyətlə dəstəkləyirik

Media: İsrail Pasxa bayramından əvvəl İrana qarşı cavab tədbirləri görməyəcək

Dekabrın 15-i Türk Dili Günü kimi qeyd edilə bilər

“Lufthansa” Avropada ən çox uçuş ləğv edən aviaşirkətdir

MDU Dubayda keçirilən Ali Təhsil Liderlik Forumunda təmsil olunur

Aİ: Ukraynaya təcili olaraq hava hücumundan müdafiə sistemləri verilməlidir

Netanyahu: Öz qərarlarımızı özümüz verəcəyik

İsveç Malmö polisi “Avroviziya-2024” ərəfəsində gücləndirilmiş təhlükəsizlik tədbirləri görür

Çempionlar Liqası: “Bavariya” və “Real Madrid” yarımfinalda qarşılaşacaq

Yunanıstanda qiymət artımına qarşı tətillər keçirilir

Blinken Çinə dörd günlük səfər edəcək

Tbilisidə etiraz aksiyasının iştirakçıları hökumət evinə qədər yürüş ediblər

BMT: Hindistan əhalisinin sayına görə Çini ötərək dünyada birinci yerdədir

Baş nazir: Gürcüstanda heç bir xarici qüvvə inqilab təşkil edə bilməz

Ali Məclisdə Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Assambleyasının baş katibi ilə görüş olub

ABŞ İsrailə dəstək üçün 26 milyard dollar vəsait ayırmağı nəzərdə tutur

Media: İsrail bazar ertəsi İrana cavab zərbəsi endirməyi planlaşdırıb

Basketbol üzrə Azərbaycan Kubokunda finalçılar müəyyənləşib

Yeni Kaledoniya Konqresinin nümayəndə heyəti Heydər Əliyev Mərkəzində olub VİDEO

Kenquru Beynəlxalq Riyaziyyat Müsabiqəsinin nəticələri açıqlanıb

Opera və Balet Teatrı İtaliyada milli klassik baletimizlə çıxış edəcək

Gürcüstanın Baş naziri: Arqumentsiz bəyanatlar hakim partiyanın qərarına yenidən baxılmasına əsas ola bilməz

Yüksək Liqa: “Azərreyl” finala yüksəlib

Rusiyadan idxal edilən dondurulmuş toyuq məhsulunda bakteriya aşkarlanıb

Zelenskinin iştirakı ilə Ukrayna-NATO Şurasının növbəti iclası keçiriləcək

Sergey Markov: Rusiya sülhməramlılarının Qarabağdan çıxarılması iki ölkə arasındakı razılaşmalara əsasən həyata keçirilir

“BDU məzunları” layihəsi çərçivəsində Aqil Abbasla görüş

Elektrik mühərrikli nəqliyyat vasitələrindən istifadənin təşviqi ilə bağlı Sərəncamdan irəli gələn tədbirlərə dair iclas keçirilib

Bilyard Federasiyasının prezidenti: Avropa çempionluğu tarixi nəticədir

Türkiyənin müxtəlif ölkələrlə qurduğu ilk diplomatik münasibətlərini əks etdirən kitab nəşr olunub

Parlamentdə sağlam ailə modelinin hüquqi aspektləri ilə bağlı dinləmə keçirilib

Şimali Makedoniya ictimaiyyəti Cənubi Qafqazdakı reallıqlar barədə məlumatlandırılıb

Rusiyalı deputat: Qarabağın Azərbaycana məxsus olması ilə bağlı artıq heç kim mübahisə etmir

Azərbaycanın AQEM-də 2024-2026-cı illər üzrə sədrliyinin mümkün prioritetləri və planları müzakirə edilib

® ABB-nin dəstəyi ilə ADA-da “Karyera Həftəsi”nə start verilib

Azərbaycan bilyardçısı: Avropa çempionu olmaq qürurverici hissdir

Milli Məclisdə Xəzər dənizinin Azərbaycana aid bölməsində süni torpaq sahələrinin yaradılması ilə bağlı qanun layihəsinin müzakirəsi olub

Elektron Təhlükəsizlik Xidməti məktəbliləri kibertəhlükəsizliyə dair məlumatlandırıb

Mer: Xarkov ikinci Hələbə çevrilmək təhlükəsi ilə üz-üzədir

Laçın hava limanı “Phoenix” hava hərəkətinə nəzarət sistemi ilə təchiz ediləcək

“Ana dilimiz və təhsil” layihəsi çərçivəsində 36 nömrəli tam orta məktəbdə tədbir

Tatarıstanla iqtisadi əlaqələrin inkişaf perspektivləri müzakirə edilib

ADNSU-nun tələbəsi karate üzrə dünya çempionu olub

Avropa çempionu olan Azərbaycan bilyardçısı Vətənə qayıdıb

“Qızıl Şah” çempionatında peşə məktəblərini təmsil edəcək komanda üzvlərinin seçim mərhələsi başa çatıb

Müəlliflərin əmlak hüquqlarının kollektiv əsasda idarəçiliyinə dair tədbir keçirilib

“Güclü cəmiyyətin zərif simaları” adlı layihə çərçivəsində görüşlərə başlanılır

Kişi voleybolçular arasında Azərbaycan çempionatının ilk finalçısı bəlli olub

Bakıda Rusiya kinosu günləri keçiriləcək

Türkiyədən Qəzzaya daha bir “yaxşılıq gəmisi” yola düşüb

Mingəçevir Dövlət Universitetində Beynəlxalq elmi konfrans keçirilir

Fransanın özünün timsalında “küskün” obrazı yaratmaq cəhdi gülüncdür - ŞƏRH

IRENA Assambleyasının 14-cü sessiyası panel iclasları ilə davam edir

UNEC-in rektoru buraxılış imtahanında 300 bal toplayan abituriyentlə görüşüb

Hematoloq: Qandurulaşdırıcılardan nəzarətsiz istifadə qanaxmalara səbəb ola bilər

Fransa Mayotda uğursuz əməliyyatdan sonra yenisini başlayır

Kənd təsərrüfatı nazirinin müavini Qusarda vətəndaşları qəbul edəcək

Beynəlxalq Sosial Təminat Assosiasiyasının rəhbər şəxsləri ilə əməkdaşlıq məsələləri müzakirə olunub

BMT: 1994-cü ildən bəri dünyada ana ölümləri 34 faiz azalıb

Daha dörd qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə edilib

“Cümhuriyyət məfkurəsi” kitabı çapdan çıxıb

Banqladeşdə yol-nəqliyyat qəzasında 11 nəfər ölüb

Mikroplastik orqanizmdə fizioloji dəyişikliklərin yaranmasına səbəb olur

Avropa İttifaqı ilə Orta Dəhlizin inkişafına dair görüş keçirilib

Fransa Azərbaycanın beynəlxalq hüququn prinsiplərinə uyğun fəaliyyətlərinə dözümsüzlük göstərir - RƏY

® “Rabitəbank” 2024-cü ilin 1-ci rübü üzrə maliyyə göstəricilərini açıqlayıb

Aİ ölkələrinin hərbi büdcələri son iki ildə 20 faiz artıb

Osman Mert: Türk dünyasında ümumı orfoqrafiya anlayışı formalaşmalıdır