SİYASƏT
Forum iştirakçıları “ASAN xidmət” mərkəzləri ilə tanış olublar
Bakı, 25 iyun, AZƏRTAC
İyunun 25-də Bakıda keçirilən BMT-nin Dövlət Xidmətləri Forumunun iştirakçıları Bakı şəhərində yerləşən “ASAN xidmət” mərkəzləri ilə tanış olublar.
AZƏRTAC xəbər verir ki, qonaqlara “ASAN xidmət” mərkəzlərinin yaradılması məqsədləri və fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verilib. Qeyd olunub ki, şəffaflığın artırılması və müasir innovasiyaların tətbiqi baxımından “ASAN xidmət”in yaradılması ilə səmərəli dövlət idarəçiliyinin təmin edilməsi sahəsində ciddi nailiyyətlər əldə olunub.
Həmçinin vətəndaş məmnunluğunun təmin olunması istiqamətində aparılan fəaliyyət, sosial innovasiyalar, digər sahələrdə görülmüş işlər və gələcək layihələrə dair məlumat verilib.
Yaradılmış şərait və iş prinsipi ilə tanış olan qonaqlar ”ASAN xidmət”ə gələcək fəaliyyətində uğurlar arzulayıblar.