SİYASƏT


Forumda qəbul olunacaq qətnamə qlobal gənclər siyasətinə yeni təkan verəcək

Bakı, 28 oktyabr, AZƏRTAC

Forumda qəbul olunacaq qətnamə qlobal gənclər siyasətinə yeni təkan verəcək, yeni prioritetlər aşkarlanacaqdır.

AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov oktyabrın 28-də Heydər Əliyev Mərkəzində keçirilən Gənclər siyasəti üzrə I Qlobal Forumda jurnalistlərə müsahibəsində deyib.

Nazir bildirib ki, bu tədbir böyük əhəmiyyət daşıyır. İlk dəfədir ki, Bakıda gənclər siyasəti üzrə birinci qlobal forum keçirilir. 1998-ci ildən bəri dünyada belə bir forum keçirilməyib. Bu, gənclərin XXI əsrdə ilk çox vacib tədbiridir.

Forumda bir çox ölkədən nümayəndələrin iştirak etdiyini söyləyən nazir vurğulayıb ki, dünya son illər yeni çağırışlarla üzləşir və bunlar hər şeydən əvvəl gənclərlə bağlıdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.