Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Forumun üçüncü plenar sessiyası “Miqrasiya, yerdəyişmə və insan təhlükəsizliyi” mövzusunda olub VİDEO

Bakı, 3 may, AZƏRTAC

Beşinci Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun ikinci günündə keçirilən üçüncü plenar sessiya “Miqrasiya, yerdəyişmə və insan təhlükəsizliyi” mövzusuna həsr olunub.

AZƏRTAC xəbər verir ki, sessiyanın moderatoru Koventri Universitetinin Sülh, Etimad və Sosial Münasibətlər Mərkəzinin direktoru, professor Maykl Hardi müasir dövrdə miqrasiyanın qlobal miqyaslı prosesə çevrildiyini vurğulayıb. O qeyd edib ki, miqrantlar və mühacirlər köç etdikləri cəmiyyətlərə yeni ideya və düşüncələrin daşıyıcıları olmaları baxımından müsbət bir funksiya həyata keçirirlər. Buna görə də mədəniyyətlərarası dialoq prosesində miqrasiya müsbət bir tendensiya kimi də nəzərdən keçirilməlidir.

Tədbirdə əsas məruzəçi qismində çıxış edən Monteneqronun daxili işlər naziri Mevludin Nuhodziç ölkəsində miqrasiya proseslərinin nizamlanması istiqamətində görülən işlərdən danışıb. Bildirib ki, Monteneqro bu prosesləri təkcə siyasi və iqtisadi baxımdan deyil, sosial münasibətlər kontekstində də nəzərdən keçirməyə çalışır. Biz miqrasiya proseslərində əsas diqqəti təhlükəsizliyin təmin olunması ilə yanaşı, insan hüquqlarının qorunmasına yönəldirik. Bu məqsədlə ölkədə bütün insanların, o cümlədən əcnəbilərin hüquqlarının müdafiəsini nəzərdə tutan qanun qəbul olunub. Bu, Monteneqronun inklüziv cəmiyyətin qurulması istiqamətində qəti niyyətini əks etdirir. Bu addım, eyni zamanda, Monteneqroda tarixən mövcud olmuş tolerantlıq ənənələrinin göstəricisidir. Təcrübəmiz göstərir ki, tələbələr və gənclər yerli əhali ilə miqrantlar arasında ən səmərəli körpü rolunu oynayır. Bu da gənclərin miqrasiya proseslərinin nizamlanmasında rolunu artırır.

Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov miqrasiyanın müasir dövrdə ən çox müzakirə edilən aktual məsələlərdən biri olduğunu vurğulayıb. Bildirib ki, hazırda dünyada heç vaxt olmadığı qədər miqrant və qaçqın var. Münaqişələrin artması, inkişaf meyilləri miqrasiya proseslərinin aktuallığını daha da artırır. Miqrasiya fərqli ideyaların, müxtəlif mədəniyyətlərin nümunələrinin yeni cəmiyyətlərə gətirilməsi baxımından müsbət funksiya yerinə yetirir.

Müxtəlif siyasi dairələrdə miqrasiyaya aid fərqli yanaşmaların olduğunu deyən V.Hüseynov bildirib ki, miqrasiya prosesinin tənzimlənməsi üzrə nəzərdə tutulan ehtiyatların əksər hissəsi çox vaxt əsasən hüquq-mühafizə orqanlarına, qeyri-leqal miqrasiyaya ayrıldığı üçün bu sahədə işlərin tənzimlənməsində maneələr yaranır.

Ermənistanın təcavüzkar siyasəti nəticəsində Azərbaycan ərazilərinin işğal olunduğunu, yüz minlərlə soydaşımızın qaçqın və məcburi köçkünə çevrildiyini deyən V.Hüseynov vurğulayıb ki, Azərbaycan adambaşına düşən qaçqın və məcburi köçkünün sayına görə dünyada birincidir. Nüfuzlu mötəbər təşkilatlar bu münaqişənin həlli, doğma yurdlarından didərgin düşmüş insanların geri qayıtması ilə bağlı müxtəlif qərar və qətnamələr qəbul etsələr də, bu sənədlərin tələbləri yerinə yetirilmir.

Azərbaycanın miqrasiya sahəsində bütün beynəlxalq konvensiyalara qoşulduğunu, ölkəmizdə bu sahədə mükəmməl qanunvericilik və institusional bazanın yaradıldığını vurğulayan Xidmət rəisi edib ki, respublikamızda miqrantlar üçün çox gözəl şərait yaradılıb. Miqrantlar Azərbaycanın daimi məskunlaşmaq üçün əlverişli məkan olduğunu qeyd edirlər. Miqrasiyanın transsərhəd problemi olduğunu deyən Xidmət rəisi mühüm məsələlərin müzakirə olunduğu Forumun bu sahədə çətinliklərin həllinə böyük töhfə verəcəyinə əminliyini bildirib.

İtaliya parlamentinin üzvü Maurizio Lupi bildirib ki, qlobal miqyas alan miqrasiya prosesini təkcə bir ölkə idarə edə bilməz. Miqrasiya prosesində təyinat ölkələrini narahat edən məsələ öz qapılarını kimin üzünə açdıqlarını bilməmələridir. Buna görə də təyinat ölkələri, o cümlədən Avropa dövlətləri bu prosesdə son dərəcə ehtiyatlı davranırlar. Lakin unutmaq olmaz ki, miqrasiyaya problem yaradan deyil, bütünləşdirici amil kimi baxmalıyıq.

Türkiyənin Mərmərə Qrupu Strateji Araşdırmalar Vəqfinin prezidenti, professor Akkan Suver qardaş ölkədə miqrasiya sahəsində görülən işlərdən danışıb. Müasir dünyada münaqişələrin və böhranların tarixdə əvvəllər olmadığı qədər qaçqın və miqrant böhranına səbəb olduğunu vurğulayan A.Suver deyib ki, bu gün dünyada ən çox qaçqın qəbul edən ölkə Türkiyədir. Rəsmi məlumatlara əsasən, Türkiyə 3 milyon suriyalı ilə yanaşı, digər ölkələrdən də 400 min insan qəbul edib. Ölkəsində qaçqınların sayının yerli əhalinin sayı ilə bərabər olduğu vilayətlərdə sosial problemlərin gələcəkdə ciddi böhranlara səbəb ola biləcəyini vurğulayan A.Suver bu baxımdan Qərb dövlətlərinin Türkiyə qarşısında götürdüyü öhdəliklərin yerinə yetirilməsinin vacibliyini vurğulayıb. Bildirib ki, miqrantların yeni cəmiyyətlərə uyğunlaşmağa müqavimət göstərmələri ksenofobiya hallarının artmasına səbəb olur. Bu isə gələcəkdə daha ciddi problemlər yaradacaq.

A.Suver bildirib ki, Ermənistanın Azərbaycana hərbi təcavüzü nəticəsində bir milyondan çox insan qaçqın və məcburi köçkünə çevrilib. Dünya ictimaiyyəti bu ədalətsizliyə qəti fikir bildirməlidir.

Afrika Miqrasiya və İnkişaf Siyasəti Mərkəzində Tədqiqat və Məlumat Mərkəzinin direktoru xanım Linda Ouço miqrasiyanın davamlı və fasiləsiz problem olduğunu diqqətə çatdırıb. Bildirib ki, miqrasiyanın əsas səbəbi siyasi proseslərdir. Miqrasiyanın müsbət tərəflərini də vurğulayan L.Ouça ölkəsi Keniyada qaçqınların qəbulu və onların hüquqlarının təminatı sahəsində görülən işlərdən danışıb. Bildirib ki, miqrasiya inkişaf üçün zəruri amildir. Bu baxımdan miqrantların bilik və bacarıqlarından, onların imkanlarından, yeni ideya və təşəbbüslərindən nə dərəcədə istifadə olunması mühüm əhəmiyyət daşıyır.

Koventri Universitetinin Cənub-Cənub Miqrasiya, Bərabərsizlik və İnkişaf Qlobal layihəsinin rəhbəri xanım Heven Kroli miqrasiyanın müsbət tərəflərindən bəhs edib. Miqrasiyanın bir sıra iqtisadi və sosial imkanlar yaratdığını qeyd edən H.Kroli deyib ki, 1970-ci illərdə miqrasiya əsasən orta gəlirli ölkələrdən inkişaf etmiş ölkələrə istiqamətlənmişdi. Nəticədə bu, böyük investisiya axını ilə nəticələnmişdi. Lakin müasir dövrdə miqrasiyaya təsir edən amillər və ona yanaşmalar əhəmiyyətli dərəcədə dəyişib. Bu, müxtəlif regionlarda özünü fərqli şəkildə büruzə verir. Avropa ölkələri miqrantlarla bağlı daha çox narahatlıq keçirirlər. Miqrasiyanın inkişafına ölkələr arasındakı bərabərsizliklərin və siyasi münaqişələrin daha çox təsir etdiyini deyən H.Kroli bildirib ki, bu prosesin qarşısını almaq üçün sosial bərabərsizliklər aradan qaldırılmalı, hər kəs üçün bərabər imkanlar yaradılmalı, beynəlxalq əməkdaşlıq gücləndirilməlidir.

Daxili Yerdəyişmənin Monitorinqi Mərkəzinin direktoru xanım Aleksandra Bilak çıxışında hazırda dünyada 65 miqrantın olduğunu bildirib. Qeyd edib ki, onların 25 milyonu qaçqınlardır. Münaqişələrlə yanaşı, təbii fəlakətlərin də miqrasiya proseslərinə mühüm təkan verdiyini deyən A.Bilak bildirib ki, hər il orta hesabla 25 min insan təbii fəlakətlər nəticəsində yaşayış yerlərini dəyişir.

Bundan başqa, münaqişələr nəticəsində doğma yerlərindən didərgin düşən insanlar uzun müddət öz yurdlarına qayıda bilmirlər. Məsələn, Azərbaycanda 27 ildir məcburi köçkünlər doğma yurdlarına qayıda bilmirlər. Bu, onu göstərir ki, münaqişələrin nəticəsində yaranan miqrasiyanın təsirləri daha qalıcıdır. Buna görə də miqrasiyanın tənzimlənməsi və onun ağır nəticələrinin aradan qaldırılması üçün əməkdaşlıq gücləndirilməli, mütəmadi müzakirələr aparılmalıdır. Məhz bu baxımdan Bakı Forumu mühüm bir missiyanı yerinə yetirir.

Çıxışlardan sonra sessiya iştirakçılarının sualları cavablandırılıb və müzakirələr aparılıb.

Forumun üçüncü plenar sessiyası “Miqrasiya, yerdəyişmə və insan təhlükəsizliyi” mövzusunda olub VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

AMADA-nın əməkdaşı WADA-nın vebinarında iştirak edib

“Türk xalqları ədəbiyyatı” üç cilddə nəşrə hazırlanır

Buraxılış tarixi on beş ildən çox olan avtomobillər taksi kimi fəaliyyət göstərə bilməyəcəklər

Sumqayıtda yolların təmirinə başlanılıb VİDEO

Şokoladın həddindən artıq yeyilməsi baş ağrıları və qan təzyiqinin dəyişməsinə səbəb ola bilər

Ağciyər Xəstəlikləri İnstitutunda Ümumdünya Vərəmlə Mübarizə Gününə həsr olunan elmi-praktik konfrans keçirilib

“The Nation” qəzeti: ABŞ söz və fikir azadlığını qoruduğunu bildirir, lakin jurnalistlərin qətlinin təşkilində iştirak edir

Peşə təhsili pilləsinin bir səviyyəsindən növbəti səviyyəsinə keçid qaydasında dəyişiklik edilib

"IELTS imtahanına təşviq" layihəsi çərçivəsində 300 nəfər uğurlu nəticə əldə edib

Türkiyə Silahlı Qüvvələri son bir həftədə 38 terrorçunu zərərsizləşdirib

Niyazinin mənzil-muzeyində Əməkdar artist Arif Manaflı ilə görüş

Premyer Liqa: Dörd oyuna hakim təyinatları açıqlanıb

Azərbaycan ağırlıqqaldıranları üçün antidopinqlə bağlı seminar keçirilib

Azərbaycan və Türkiyə birgə tarixi film çəkəcəklər

“Azərbaycanda sürüşmə hadisələrinin kataloqu” Moskvada nəşr edilib

Korsikanın muxtariyyətinə dair qanun layihəsi qəbul olundu, deputat etiraz etdi: Bu, buxovdur

Birinci Beynəlxalq Opera Festivalının ən gənc iştirakçıları çıxışa hazırlaşırlar

Taksilərin texniki göstəriciləri, daxili və xarici tərtibatına dair tələblər təsdiqlənib

BMT-nin İnkişaf Proqramı ilə gələcək əməkdaşlığa dair fikir mübadiləsi aparılıb

Dövlət orqanlarında vakant inzibati vəzifələrin tutulması məqsədilə daxili müsahibə elan edilir

Kino Agentliyində “Kinematoqrafiya haqqında” Qanunun yenilənməsi məqsədilə işçi qrupu yaradılır

Novruz bayramı günlərində yollarda 39 yol-nəqliyyat hadisəsi baş verib

Bakı şəhərətrafı dəmir yolu nəqliyyatı ilə sərnişindaşıma fəaliyyəti üzrə subsidiya verilməsi Qaydaları təsdiqlənib

“Müntəzəm və taksi minik avtomobili ilə sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitələrinin texniki göstəriciləri, daxili və xarici tərtibatına dair tələblər”in təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” Azərbaycan Respublikasının 2023-cü il 14 iyul tarixli 987-VIQ nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 5 dekabr tarixli 1048-VIQD nömrəli Qanununun icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 10 yanvar tarixli 5 nömrəli Qərarı ilə təsdiq edilmiş “İcbari tibbi sığorta üzrə Xidmətlər Zərfi”ndə dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“Bakı şəhərətrafı dəmiryol nəqliyyatı ilə sərnişindaşıma fəaliyyəti üzrə subsidiya verilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Federasiya rəsmisi: “Böyük İpək Yolu” beynəlxalq turnirinin keçirilməsi ölkəmizdə boksun inkişafına müsbət təsir göstərəcək

“Azərbaycan Respublikasında ixrac-idxal əməliyyatları üzrə gömrük rüsumlarının dərəcələri haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 22 aprel tarixli 91 nömrəli Qərarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 5 avqust tarixli 279 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşların peşə təhsili üzrə qeyri-formal və informal təhsil formaları vasitəsilə əldə etdikləri bilik, bacarıq, səriştə və təcrübənin qiymətləndirilməsi və tanınması məqsədilə imtahanın keçirilməsi və onlara peşə ixtisasını təsdiq edən sənədin verilməsi Qaydası”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 16 aprel tarixli 173 nömrəli Qərarı ilə təsdiq edilmiş “Peşə təhsili pilləsinin bir səviyyəsindən növbəti səviyyəsinə keçid Qaydası”nda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Qafqazşünaslıq İnstitutunda 31 Mart - Azərbaycanlıların Soyqırımı Gününə həsr edilmiş dəyirmi masa keçirilib

Cənubi Afrika Respublikasının Prezidenti Matamela Siril Ramafozadan

Şərqşünas alimin məqaləsi Tehranda çap olunub

Kənd Təsərrüfatı Nazirliyinin aparat rəhbəri Biləsuvarda vətəndaşları qəbul edib

Dünyanın futbol üzrə ən dəyərli “onbirliyi” açıqlanıb

Latviyanın xarici işlər naziri istefa verib

Beynəlxalq ekspert: COP29 Azərbaycanın iqtisadi mövqeyini gücləndirməsi üçün strateji fürsətdir - MÜSAHİBƏ

Əcnəbi tələbələr Quba Soyqırımı Memorial Kompleksini ziyarət ediblər

Qızıl medal qazanan boksçu: Rəqiblərim güclü olsa da, yarış mənim üçün yaxşı keçdi

AzTU Türkiyə universitetləri və istehsalat müəssisələri ilə əməkdaşlıq əlaqələrini genişləndirir

Azərbaycanın daha 2 boksçusu "Böyük İpək Yolu" turnirində qızıl medal qazanıb

BDU-da 2024-2026-cı illərdə aparılacaq elmi tədqiqat işləri müzakirə olunub

ATU rəhbərliyinə institusional akkreditasiya şəhadətnaməsi təqdim olunub

Lənkəranda baş verən qəzada 3 nəfər xəsarət alıb

Şərqşünaslıq İnstitutunda Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinə həsr olunmuş elmi sessiya keçirilib

Gürcüstanda ailə quranların sayı 14,5 faiz azalıb

Azərbaycanlı kinoprodüser beynəlxalq kino forumunda münsiflər heyətinə daxil edilib

YAP Səbail rayon təşkilatı Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar anım tədbiri keçirib

“Azərbaycanda sənayeləşdirmə: reallıqlar və perspektivlər” – yeni nəşr

Yığmanın baş məşqçisi: Toplanışda keçirdiyimiz matçlar kifayət qədər faydalı oldu

DGK sədri Misir səfiri ilə görüşüb

Şirvan–Salyan Regional Təhsil İdarəsinin fəaliyyəti ilə bağlı müraciətlərə bu nömrə cavab verəcək

Daxili işlər naziri Şamaxıda vətəndaş qəbulu keçirib VİDEO

Fövqəladə Hallar Nazirliyi və “Azərbaycan Dəmir Yolları” QSC birgə təlim keçirib VİDEO

Ötən il BDU-nun Tarix fakültəsinin əməkdaşlarının 4 dərslik və 15 dərs vəsaiti çap olunub

Paytaxt sakininin telefon və çantasını talayan şəxs saxlanılıb VİDEO

“AMEA-da elektron hərəkat və yeni çağırışlar” - seminar

Misirin aparıcı media nümayəndələri ilə görüş olub

“Ermənistanın dostları” şəbəkəsinin əsas məqsədi bölgədə Aİ-nin maraqlarını həyata keçirməkdən ibarətdir - RƏY

Gürcüstan iqlim dəyişikliyi ilə mübarizəyə 3,7 milyard lari xərcləyəcək

“Avtomobil yolları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 23 fevral tarixli 1101-VIQD nömrəli Qanununun tətbiqi və “Avtomobil yolları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 10 mart tarixli 299 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

“Avtomobil yolları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

Nyu-York metrosunda zorakılıq halları artıb

“Muzeydə musiqi” layihəsi: Azərbaycan Milli İncəsənət Muzeyində növbəti konsert

Sorğu: Bayden Trampı 3 faiz fərqlə qabaqlayır

Nizamişünas alimin məqaləsi Türkiyədə çap edilib

Fevralda DSMF tərəfindən 26,6 minə yaxın vətəndaş müraciəti cavablandırılıb

“YAŞAT” Fondu tərəfindən dəstək tədbirləri davam edir VİDEO

“Neftçi”nin iki futbolçusu “Qəbələ” ilə oyunu buraxacaq

Çin uçuş məsafəsi iki min kilometrdən çox olan zenit raketi hazırlayıb

Bayram günlərində “Azərpoçt”un xidmətlərindən 400 mindən çox vətəndaş istifadə edib

D vitamini uşaqların sümük-əzələ sisteminin sağlamlığında mühüm rol oynayır

“AzInTelecom”un “Hökumət Buludu” layihəsi “WSIS-204” müsabiqəsində iştirak edir

Rusiyada terror aktından zərərçəkənlərə dəstək məqsədilə Müslüm Maqomayevin mahnılarından ibarət albom buraxılıb

Millinin baş məşqçisi: Macarıstan və İsveçrə ilə oyunlar bizim üçün yeni təcrübə olacaq

DTX təhlükəsizliyimizin qarantı, xalqımızın qürur yeridir

“Ulu Öndər və yəhudilər” sənədli filmi İsrail mətbuatında

Türkiyənin vitse-prezidenti: Daxili istehlakın ifrat artımı ölkənin iqtisadi inkişafına zərbə vurur

Şröder: Putinlə şəxsi münasibətlərim Ukraynada sülh prosesinə fayda verə bilər

BŞİH-də müşavirə keçirilib, “Lifttəmir”in direktoruna şiddətli töhmət verilib

Əhalinin tibbi xidmətlərə əlçatanlılığı ilə bağlı sorğunun nəticələri müzakirə olunub

Avropa çempionatı: Azərbaycan minifutbol millisinin mümkün rəqibləri bəlli olub

Qadınlar arasında keçirilən voleybol yarışında ADAU-nun komandası birinci yerə çıxıb

"GreenTech Startap və Yaşıl Texnologiyalar" müsabiqəsinə start verilir

Qazaxıstan Prezidenti: Orta Dəhliz üzrə daşımaların həcmi 10 milyon tona çata bilər

RF XİN: Ermənistan kollektiv Qərbin son dərəcə təhlükəli planlarının alətinə çevrilir

QHT sədri: Azərbaycanın vətəndaş cəmiyyətləri də COP29-un ölkəmizdə yüksək səviyyədə keçirilməsinə töhfə verə biləcəklər

DTX-nin rəisi: Ali Baş Komandanın bizə olan inamını daim doğrultmağa çalışacağımızı qətiyyətlə bəyan edirik

Rostropoviçlərin ev-muzeyində klassik musiqi konserti - “Bir ömrün simfoniyası”

Azərbaycanın basketbol yığmaları Türkiyə klublarına qalib gəliblər

Sabah ölkə ərazisində hava əsasən yağmursuz olacaq

Tarixçi alim: Həmrəy olaraq qarşıya qoyulan bütün hədəflərə mütləq çatacağıq

Bayram günlərində meşə fondu torpaqlarında 100 mindən çox ağac əkilib

Rusiyadan stikerləri Azərbaycan dilində olan məhsulların idxal müddəti uzadılıb

Ombudsman Səbinə Əliyeva Xankəndidə erməniəsilli sakinlərlə görüşüb

Məktəblərdə direktor müavini vəzifəsi ilə bağlı işə qəbul üzrə təkrar müsahibə keçiriləcək

Fövqəladə Hallar Nazirliyi tərəfindən daha bir qanunsuz tikili sökülüb VİDEO

Kəmalə Həşimova: Tezliklə Qərbi azərbaycanlıların da hüquqlarının bərpasına nail olacağıq

Davamlı öskürəyin ev şəraitində müalicəsi xəstəliyin ağırlaşmasına səbəb ola bilər