MƏDƏNİYYƏT


Fotojurnalistika müsabiqəsi elan olunub

Bakı, 12 fevral, AZƏRTAC

Fotojurnalistlərin işlərinin dəstəklənməsi və gücləndirilməsi məqsədilə “Yannis Behrakis beynəlxalq fotojurnalistika mükafatı 2021” müsabiqəsi elan olunub.

AZƏRTAC xəbər verir ki, müsabiqə ilə maraqlanan namizədlərdən 24-dək fotoşəkildən ibarət portfolio, izahlı mətn və qısa tərcümeyi-hal təqdim etmələri xahiş olunur.

Müraciətlər ödənişsizdir. Birinci yerin qalibinə 15 000 avro dəyərində pul mükafatı veriləcək.

Qalib layihə fotoqrafın fərdi sərgisi kimi “Afina Foto Dünyası 2022” zamanı nümayiş etdiriləcək.

Müsabiqə haqqında ətraflı məlumat almaq və müraciət etmək üçün https://contests.picter.com/yannis-behrakis-international-photojournalism-award-2021 linkinə daxil olun.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.