İDMAN


Fotoqraf Adəm Akca: Azərbaycana aid əzəmətli kadrları obyektivə almaqdan çox xoşbəxtəm

Konya, 10 avqust, AZƏRTAC

Mən fotoqrafam. Bu sənəti çox sevməklə bərabər, hər zaman arzulamışam ki, fotoaparatımın obyektivinə xoş məzmunlu kadrlar düşsün. Konyada açılışı olan V İslam Həmrəyliyi Oyunlarında bir tərəfdən bu təntənəli mərasimin özü, digər tərəfdən isə Azərbaycana aid əzəmətli kadrları, Prezident İlham Əliyevin Müzəffər çöhrəsini obyektivə almaqdan çox xoşbəxtəm.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında V İslam Həmrəyliyi Oyunlarının açılış mərasiminin gedişatında tanınmış türkiyəli fotoqraf Adəm Akca bildirib.

Azərbaycanın IV İslam Həmrəyliyi Oyunlarına böyük uğurla ev sahibliyi etdiyinə dair fotokadrları böyük sevgi ilə izlədiyini diqqətə çatdıran fotoqraf Adəm Akca deyib: “Bu cür beynəlxalq tədbirlərə kadrların gücü ilə yeni bir həyat vermək imkanı hər fotoqrafa nəsib olmur. Bakıdan sonra Konyada keçirilən həmrəylik yarışlarını izləməkdən və birlik çağırışlarımızı kadrlara köçürməkdə çox şanslıyam”.

Azərbaycanlı idmançıların Konyada böyük göstəricilər qazanacağına əminliyini ifadə edən fotoqraf Adəm Akca deyib: “Azərbaycanlı igidlər Qarabağda böyük Zəfər qazanaraq bütün türk dünyası üçün yeni bir qəhrəmanlıq irsi yaradıblar. Əminəm ki, eyni ruhun daşıyıcısı olan Azərbaycan idmançılar da Konyada güclərini dünyaya göstərəcəklər”.

 
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri

Konya

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.