ELM VƏ TƏHSİL


Fotoşəkili animasiyaya çevirən proqram hazırlanıb VİDEO

Bakı, 2 dekabr, AZƏRTAC

ABŞ-ın “Mug Life” LLC şirkəti fotoşəkillərdən animasiya yaradan proqram hazırlayıb. Proqramdan hələlik yalnız “Apple” qurğularının istifadəçiləri faydalana bilərlər.

AZƏRTAC “nanonewsnet.ru” saytına istinadla xəbər verir ki, fotoşəkillərin emalı üç mərhələdən ibarətdir: əvvəlcə proqram fotoşəkili həcmli bloklara bölür, sonra onları seçilmiş filtrə uyğun olaraq hərəkətə gətirir və şəkili bərpa edir. Nəticədə adi şəkilin animasiyalaşdırılmış modeli alınır. Proqramda hazır modellər seçməklə yanaşı, yeni modellər yaratmaq da mümkündür.

Qeyd edək ki, “Mug Life” bu proqramdan əvvəl ötən il “face2face” – bir insanın üz hərəkətlərini başqasının təsvirinə daşıya bilən kompüter sistemi təqdim edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.