SİYASƏT


Fouzi Salim: Vahid parlament birliyinin yaradılması zamanın tələbidir

Bakı, 1 iyul, AZƏRTAC

Qoşulmama Hərəkatı yarandığı gündən etibarən beynəlxalq arenada sülhün və təhlükəsizliyin qorunmasında mühüm rol oynayıb. Mübarizə üçün birgə strategiya və dövlətlər arasında bərabərlik prinsipini əsas tutan Qoşulmama Hərəkatı Parlament Şəbəkəsi insan hüquqlarının pozulmasının qarşısını ala biləcək və dövlətlərin daxili işlərinə müdaxilə etməmək prinsipinə əsaslanan bir təsisatdır.

AZƏRTAC xəbər verir ki, bu sözləri Heydər Əliyev Mərkəzində Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin “Dünyada sülhün və dayanıqlı inkişafın təşviqində milli parlamentlərin rolunun gücləndirilməsi” mövzusuna həsr olunan Bakı konfransında iştirak edən Liviya parlament sədrinin birinci müavini Fouzi Salim çıxışı zamanı söyləyib.

Bildirilib ki, hazırda dünyada mövcud problemlərdən biri də yoxsulluq məsələsidir. Bu problemlərin həll olunmasında Qoşulmama Hərəkatı böyük rol oynaya bilər.

“Vahid parlament birliyinin yaradılması zamanın tələbidir. Üzv ölkələrin parlamentariləri kimi səylərimizi gücləndirməliyik ki, bu şəbəkənin rolu artsın”, - deyə Liviya parlament sədrinin birinci müavini vurğulayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.