CƏMİYYƏT


Fövqəladə Hallar Nazirliyi İsmayıllıda seminar-müşavirə keçirib

Bakı, 14 avqust, AZƏRTAC

Fövqəladə Hallar Nazirliyinin (FHN) Şimal-Qərb Regional Mərkəzi nazirliyin Baş Əməliyyat İdarəsi ilə birgə İsmayıllı Rayon İcra Hakimiyyətində “Fövqəladə Hallar Nazirliyi Şimal-Qərb Regional Mərkəzinin əhatə etdiyi rayonların icra hakimiyyəti strukturları, özünüidarəetmə orqanları və fövqəladə hallar komissiyaları arasında fövqəladə halların idarə olunması sahəsində birgə fəaliyyətin gücləndirilməsi və koordinasiyanın qurulması” mövzusunda seminar-müşavirə keçirib.

FHN-dən AZƏRTAC-a bildiriblər ki, seminar-müşavirədə İsmayıllı rayonu üzrə təbii və texnogen xarakterli fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində nazirliyin qurumları, yerli icra hakimiyyəti və özünüidarəetmə orqanları ilə birgə qarşılıqlı fəaliyyətin təmin edilməsi, onların qəza xilasetmə və digər təxirəsalınmaz işlərə cəlb olunması, baş vermiş və ya baş verə biləcək hadisələrlə bağlı informasiya mübadiləsinin vacibliyi vurğulanıb. Qarşıda duran vəzifələr və problemlərin həlli barədə müzakirələr aparılıb.

Tədbirdə Şimal-Qərb Regional Mərkəzinin, Şimal-Qərb Regional Dövlət Yanğın Nəzarəti İdarəsinin, Sənayedə işlərin təhlükəsiz görülməsi və Dağ–Mədən Nəzarəti Agentliyinin Şimal-Qərb Regional Müfəttişliyinin, Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Şimal-qərb Regional Tikinti Müfəttişliyinin, İsmayıllı rayon Dövlət yanğından mühafizə hissəsinin, İsmayıllı Rayon İcra Hakimiyyətinin, Polis şöbəsinin, Təhsil şöbəsinin, Mərkəzi Rayon Xəstəxanasının, Elektrik paylayıcı şəbəkəsinin, Qaz istismar sahəsinin, Telekommunikasya qovşağının, Suvarma sistemləri idarəsinin, Meşələrin mühafizəsi və bərpası müəssisəsinin rəhbər heyəti, inzibati ərazi dairələri üzrə nümayəndələr və bələdiyyə sədrləri iştirak edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.