CƏMİYYƏT


Fövqəladə Hallar Nazirliyi Sabunçu rayonunda bazarda baş verən yanğınla bağlı məlumat yayıb

Bakı, 2 aprel, AZƏRTAC 

Fövqəladə Hallar Nazirliyi (FHN )Sabunçu rayonunda bazarda baş verən yanğınla bağlı məlumat yayıb.

FHN-dən AZƏRTAC-a bildiriblər ki, Bakı şəhərinin Sabunçu rayonunda ümumi sahəsi 5000 kvadratmetr olan tikinti materialları bazarında bir-birinə bitişik müxtəlif təyinatlı ticarət obyektlərinin və piştaxtaların 350 kvadratmetri yanıb. Bazarın qalan hissəsi və digər ticarət obyektləri yanğından mühafizə olunub. Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Hadisə ilə bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.