CƏMİYYƏT
Fövqəladə Hallar Nazirliyinin Akademiyasında 28 May – Respublika Günü münasibətilə tədbir keçirilib VİDEO
Bakı, 27 may, AZƏRTAC
Mayın 27-də Fövqəladə Hallar Nazirliyinin (FHN) Akademiyasında 28 May - Respublika Günü münasibətilə tədbir keçirilib.
FHN-dən AZƏRTAC-a bildiriblər ki, Akademiyanın inzibati binasının akt zalında təşkil olunan tədbiri açan hərbi təhsil müəssisənin rəisi, general-mayor Pənah Süleymanov iştirakçıları Respublika Günü münasibətilə təbrik edib.
Sonra Azərbaycan Respublikasının dövlət himni səsləndirilib.
Respublika Gününün əhəmiyyətindən danışan Akademiyanın rəisi müstəqilliyimizin qorunmasında və möhkəmləndirilməsində ümummilli lider Heydər Əliyevin misilsiz rolunu qeyd edib. O, Ulu Öndərin siyasi kursunun layiqli davamçısı, müstəqilliyimizin möhkəmləndirilməsi və dövlətimizin qüdrətinin artırılması naminə yorulmadan çalışan Prezident İlham Əliyevin xidmətlərindən söz açıb.
Daha sonra çıxış edən FHN Akademiyasının rəis müavini, polkovnik Afət Qurbanov müstəqilliyimizin tarixindən söz açıb, bu günün əhəmiyyətindən bəhs edib.