CƏMİYYƏT


Fövqəladə Hallar Nazirliyinin Akademiyasında Beynəlxalq Müəllimlər Günü qeyd olunub

Bakı, 5 oktyabr, AZƏRTAC 

Fövqəladə Hallar Nazirliyinin (FHN) Akademiyasında 5 oktyabr - Müəllimlər Gününə həsr olunmuş tədbir keçirilib.

FHN-dən AZƏRTAC-a bildiriblər ki, Akademiyanın rəisi, general-mayor Pənah Süleymanov tədbir iştirakçılarını Beynəlxalq Müəllimlər Günü münasibətilə təbrik edərək müəllimliyin dünyada ən çətin, eyni zamanda, ən şərəfli və gözəl peşə olduğunu diqqətə çatdırıb. Qeyd edib ki, məhz müəllimlərin əməyinin nəticəsində cəmiyyət formalaşır, savadlı, bilikli, gözəl əxlaqa malik insanlar yetişir. Gənc nəslin tərbiyəsində, onların layiqli vətəndaş kimi yetişməsində, dünyagörüşünün formalaşmasında müəllimlərimizin əvəzsiz xidmətləri olub.

Ulu öndər Heydər Əliyevin “Hər birimizdə müəllimin hərarətli qəlbinin bir zərrəciyi var. Mən dünyada müəllimdən şərəfli ad tanımıram” kəlamını xatırladan natiq dahi rəhbərin respublikamıza rəhbərlik etdiyi bütün illərdə müəllim əməyinə çox yüksək qiymət verdiyini bildirib. Akademiyanın rəisi Prezident İlham Əliyevin də Ümummilli Liderin müdrik siyasətini davam etdirərək təhsil sahəsinə xüsusi diqqət və qayğı ayırdığını diqqətə çatdırıb.

Sonra Akademiyanın rəis müavini polkovnik Aslan Hüseynov və başqaları müəllimləri səmimi qəlbdən təbrik edib, onlara nailiyyətlər arzulayıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.